MM dünya ölkələrinin parlamentlərinə müraciət edəcək
Milli Məclis 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı dünya ölkələrinin parlamentlərinə müraciət ünvanlayacaq. Məlumata görə, Milli Məclis 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı martın 30-da xüsusi iclas keçirəcək.
19 Fevral 2018 13:14 SosialMilli Məclis 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı dünya ölkələrinin parlamentlərinə müraciət ünvanlayacaq. Məlumata görə, Milli Məclis 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı martın 30-da xüsusi iclas keçirəcək. Xüsusi iclasın yekununda Azərbaycan Respublikasının Milli Məclisi adından dünya ölkələrinin parlamentlərinə müraciət ünvanlanacaq. Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl 31 mart soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.