Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib

Sabirabad rayonunun Yolçubəyli kəndinə təbii qaz verilib. “OLAYLAR” "Azəriqaz"-a istinadən xəbər verir ki, tədbirdə “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 795 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 70 min 710 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Sabirabad rayonunun Yolçubəyli kəndinə təbii qaz verilib. "OLAYLAR" "Azəriqaz"-a istinadən xəbər verir ki, tədbirdə "Azəriqaz" İB-nin Baş direktoru Əkbər Hacıyev, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 795 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 70 min 710 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Tədbirdə çıxış edən "Azəriqaz" İB-nin Baş direktoru Əkbər Hacıyev, bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. 


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31