Türk diasporundan Macarıstandakı PKK tərəfdarlarına layiqli cavab
PKK,YPG, PYD tərəfdarları Macarıstanın paytaxtı Budapeştdəki Türkiyə səfirliyinin qarşısında Türkiyə dövləti əleyhinə aksiya keçiriblər. “OLAYLAR” bu ölkədəki diaspor fəalımız Ramiz Əmirliyə istinadən xəbər verir ki, terror tərəfdarlarının səfirlik qarşısında etiraz aksiyası keçirməsinə cavab olaraq Budapeştdəki Azərbaycan və Türk diasporunun nümayəndələri səfirlik qarşısına tioplaşaraq Türkiyə dövlətinə dəstək nümayiş etdiriblər: "Kürd terrorçularinin önünə çıxıb onlara "Sizlərə ar olsun" deyərək öz etirazlarımızı bildirdik.
19 Fevral 2018 13:07 SiyasətPKK,YPG, PYD tərəfdarları Macarıstanın paytaxtı Budapeştdəki Türkiyə səfirliyinin qarşısında Türkiyə dövləti əleyhinə aksiya keçiriblər. "OLAYLAR" bu ölkədəki diaspor fəalımız Ramiz Əmirliyə istinadən xəbər verir ki, terror tərəfdarlarının səfirlik qarşısında etiraz aksiyası keçirməsinə cavab olaraq Budapeştdəki Azərbaycan və Türk diasporunun nümayəndələri səfirlik qarşısına tioplaşaraq Türkiyə dövlətinə dəstək nümayiş etdiriblər: "Kürd terrorçularinin önünə çıxıb onlara "Sizlərə ar olsun" deyərək öz etirazlarımızı bildirdik. 50- 60 nəfərdən ibarət olan bu gənclər türk gənclərinin önündə ağızlarını bağlayıb etiraz bildirirdilər. Axı, ağızlarını açıb nə deyəcəkdilər? Ciblərində türk pasportu, türk torpağında yaşa, oranin cörəyini ye, suyunu iç sonra da namərdlik elə. Bu üslub eynən ermənilərə də xas olan bir üslubdur. İnaniram ki, çox çəkməz ki, şanlı və əyilməz Türk ordusu Afrinden sonra PKK və ermənilərlə dolmuş doğma Qarabağımız uğrunda da namus-qeyrət savaşını aparacaq. Hamimiz türkük, bir vətənimiz və bir qeyrət- namusumuz var".