Gündəm

Türkiyə Dəmir Yolları “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Assosiasiyasının daimi üzvü oldu

19 Fevral 2018 13:05

Ankarada “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib. “OLAYLAR” "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə respublikalarının dəmir yolu və dəniz daşımaçılığı ilə məşğul olan şirkətlərinin rəhbərləri iştirak ediblər. Yığıncaqda ölkəmizi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İsmayıllıda yanan ev Ziya Məmmədovun qardaşının olub (YENİLƏNDİ)

19 Fevral 2018 13:05

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, yanan ev keçmiş nazir Ziya Məmmədovun qardaşı Nəriman Məmmədova məxsusdur. Məlumata görə, ərazidə bir neçə villa olub. Hadisə baş verən villada isə oranı mühafizə edən İsmayıllı rayonu Qubaxəlilli kənd sakini Ruslan Bədirov ailəsi ilə birgə yaşayırdı.

15 evi qarət edən dəstə zərəsizləşdirilib

19 Fevral 2018 13:03

Suraxanı Rayon Polis İdarəsi və 30-cu Polis Bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan Novruz Salayevin ətrafında aparılan əlavə tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb.

İsraildə Polşa səfirliyinə hücum – “Qatil”

19 Fevral 2018 13:01

Polşanın İsraildəki səfirliyinin divarlarına faşizm simvolları və təhqir dolu ifadələr yazılıb. Təl-Əviv polisi faktla bağlı istintaqa başlayıb. Səfirlik binasının təhqir dolu ifadələr və faşizm simvolları ilə hücuma məruz qalmasına Polşanın Baş naziri Mateusz Moravieckinin yəhudi soyqırımı ilə bağlı Münhen Təhlükəsizlik Konfransında çıxışı səbəb olub. Səfirlik binasının divarlarında həmçinin Polşanın ünvanına “Qatil” ifadəsi də yazılıb.

Cümhuriyyət ili çərçivəsində növbəti müsabiqə

19 Fevral 2018 13:00

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası , Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı, AZƏRTAC - Azərbaycan Dövlət İnformasiya Agentliyi və “Olaylar” İnformasiya Agentliyi və Azpress - Video-foto İnformasiya Agentliyinin informasiya dəstəyi ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində gənc nəsildə milli adət-ənənələrimizə hörmət və ruzi bərəkət bayramımız olan Novruzun daha böyük anlamda dərk olunması və gələcək nəsilə ötürülməsi məqsədi ilə ənənəvi “Yurdumuza bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi elan edir.

25 il efirdən uzaq düşən xalq artisti ağladı: “Kövrəldim”

19 Fevral 2018 12:57

ARB TV-nin "Səhər-Səhər” verlişinin növbəti qonağı xalq artisti Səfurə İbrahimova olub. 25 il sonra efirə gələn xalq artisti göz yaşlarını saxlaya bilməyib: "Çoxdandır görmürdüm. Ona görə kövrəldim. Deyəsən bu verliş mənə həsr olunub”. Həmin görüntüləri təqdim edirik.

Tənhalıqdan gileylənən 57 yaşlı azərbaycanlı aktrisa: Ona vurulmuşdum - VİDEO

19 Fevral 2018 12:55

Tanınmış aktrisa, əməkdar artist Nahidə Orucova bu gün "Səhər-Səhər" verilişində maraqlı etiraf edib.

Vətəndaş maraqlarının müdafiəsi: Təlim keçirildi

19 Fevral 2018 12:53

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində 3-4-5 fevral 2018-ci ilde İmisli rayonunda yerli QHT lərin nümayəndələrin iştiraki ilə 3 günlük təlim keçirib. 

YPG-nın mərkəzində partlayış

19 Fevral 2018 12:45

Türkiyənin Mardin Nusaybin rayonu ilə qarşı tərəfdə olan və hal-hazırda PKK-nın Suriya uzantısı olan YPG-nın mərkəzi Qamışlıda böyük bir partlayış baş verib. Məlumata görə ən azı beş nəfər ölüb, çoxlu sayda yaralı var. Olay Suriya Əsəd rejiminə aid SANA agentliyi tərəfindən də təsdiqlənib. Partlayışın səbəbi ilə əlaqədar hər hansı bir açıqlama gəlməyib. Mütəxəssislərin fikrinə görə partlayış İŞİD, yaxud YPG-PKK daxilindəki zidd görüşlü və müxalif qrupların biri tərəfindən törədilə bilər.

Dəhşət! Uşaq hava limanının eniş zolağına girdi

19 Fevral 2018 12:42

İstanbul Atatürk hava limanında ötən gün böyük bir faciənin qarşısı alınıb. 12 yaşlı suriyalı uşaq hava limanını əhatə edən tikanlı məftilləri aşaraq qəflətən eniş zolağına girib. Limanın mühafizə xidməti dərhal hərəkətə keçib və polis uşağı təyyarənin enməsindən iki dəqiqə əvvəl eniş zolağından uzaqlaşdırıb. Uşaq valideynlərinə təhvil verilib.

Rusiyanı qəzəbləndirəcək bəyanat – Suriyadan pay istədi

19 Fevral 2018 12:41

İran Suriyanın sərvətlərindən pay tələb edib.  İranın dini lideri Əli Xameneinin hərbi məsləhətçisi general Yahya Rahim Səfəvi Rusiyanın Suriyadakı varlığını nümunə göstərərək bu ölkədə pay əldə etmək haqqının olduğunu bildirib.Generalın sözlərinə görə, İran hökuməti Suriya müharibəsinə çəkdiyi xərclərin ödənilməsi üçün uzunmüddətli müqavilələr bağlamalıdır.

Azərbaycanlı rəssamın yaradıcılığı London Moda həftəsində

19 Fevral 2018 12:39

Azərbaycanlı rəssamın əsərləri Leoni Mergenin moda konsepsiyası çərçivəsində təqdim olunub. Olaylar.az bildirir ki, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri Arif Əziz beynəlxalq səviyyədə tanınmış ən nüfuzlu azərbaycanlı rəssamlardan biridir. Arif Əzizin yaradıcılığı zəngin və çoxşaxəlidir. Öz “sərbəst özünüifadəsi” ilə tanınan rəssamın qeyri-adi və unikal yaradıcılıq üslubu gənc alman modelyeri Leoni Mergenin diqqətini çəkərək 2018 London Moda Həftəsində nümayiş etdirilmiş kolleksiyasında öz əksini tapıb. Bu kolleksiya modelyerin 2017-ci ildə Berlin və London moda həftələrində nümayiş etdirilmiş və tənqidçilər tərəfindən bəyənilmiş “Qarabağ Kolleksiyası”ndan sonra ərsəyə gətirilən sayca ikinci layihəsidir. Hər iki layihə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə həyata keçirilib.

Yenə "Qarabağ", yenə Mədətov

19 Fevral 2018 12:38

Topaz Premyer Liqasının 2017/18 mövsümündə 150-ci qol vurulub. Qol XVI turun “Səbail” – “Qarabağ” görüşünə təsadüf edib. Çempionatın 64-cü görüşündə Ağdam klubuna qələbə qazandıran yeganə qol yubiley xarakteri daşıyıb. Orta məhsuldarlığın 2,34 olduğu Premyer Liqanın 150-ci qolunu da Mahir Mədətov vurub. Bu 150 qoldan 75-i meydan sahibləri, 75-i isə qonaqların hesabındadır.

DTX yol polisini işdən qovdurdu

19 Fevral 2018 12:37

Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının əməkdaşı Anar Mansurov daxili işlər orqanlarından xaric edilib. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Şəbnəm Tovuzlu həyat yoldaşının namaz qılarkən videosunu çəkib - YAYDI

19 Fevral 2018 12:35

Qalmaqallı müğənni Şəbnəm Tovuzlu evindən maraqlı görüntülər paylaşıb. müğənni həyat yoldaşının evdə namaz qılarkən çəkilmiş videosunu paylaşıb. Şəbnəm Tovuzlu hər bir evdən azan səsinin gəlməsini diləyib.