Rusiyanı qəzəbləndirəcək bəyanat – Suriyadan pay istədi

İran Suriyanın sərvətlərindən pay tələb edib.  İranın dini lideri Əli Xameneinin hərbi məsləhətçisi general Yahya Rahim Səfəvi Rusiyanın Suriyadakı varlığını nümunə göstərərək bu ölkədə pay əldə etmək haqqının olduğunu bildirib.Generalın sözlərinə görə, İran hökuməti Suriya müharibəsinə çəkdiyi xərclərin ödənilməsi üçün uzunmüddətli müqavilələr bağlamalıdır.

"Rusiya Suriya ilə belə razılaşmalar bağlayıb. Ruslar Suriya ilə 49 illik razılaşdılar. Onlar həm hərbi, həm də siyasi güzəştlərə malikdirlər. İran müharibədəki xərclərini neft, təbii qaz və fosfat mədənlərindən almalıdır. İran Suriya hökuməti ilə uzunmüddətli siyasi və iqtisadi əlaqələr qura bilər", - o söyləyib. Publika.az xarici mediaya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31