İsmayıllıda yanan ev Ziya Məmmədovun qardaşının olub (YENİLƏNDİ)

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, yanan ev keçmiş nazir Ziya Məmmədovun qardaşı Nəriman Məmmədova məxsusdur. Məlumata görə, ərazidə bir neçə villa olub. Hadisə baş verən villada isə oranı mühafizə edən İsmayıllı rayonu Qubaxəlilli kənd sakini Ruslan Bədirov ailəsi ilə birgə yaşayırdı.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, yanan ev keçmiş nazir Ziya Məmmədovun qardaşı Nəriman Məmmədova məxsusdur. Məlumata görə, ərazidə bir neçə villa olub. Hadisə baş verən villada isə oranı mühafizə edən İsmayıllı rayonu Qubaxəlilli kənd sakini Ruslan Bədirov ailəsi ilə birgə yaşayırdı.

Hadisə nəticəsində R.Bədirovun iki azyalı (3 və 5 yaşlarında) övladı xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər. Ev taxtadan olduğundan tamamilə kül olub.

***

İsmayıllı rayonunda ötən gecə yanan evin sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu məlum olub. Hadisə fevralın 19-da saat 4:00 radələrində rayonun Buynuz kəndində qeydə alınıb. Meşəlik və dağlıq ərazidə yerləşən, keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus böyük həyətyanı sahədə inşa edilən evlərdən biri yanıb.

Yanğın Ziya Məmmədovun villasının yanında taxtadan müasir üslubda inşa edilən 3 otaqlı, bir mərtəbəli mənzildə baş verib. Villanı mühafizə edən və həmin mənzildə yaşayan İsmayıllı rayonu Qubaxəlilli kənd sakini, 1987-ci il təvəllüdlü Bədirov Rəsul Zöhrab oğlu telefonla zəng edərək yanğın barədə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat verib. Ümumi sahəsi 144 kvadratmetr olan mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Hadisə zamanı ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Buynuz kəndi rayon mərkəzindən 25 kilometr aralıda yerləşdiyi və yanğın barədə FHN-nə gec məlumat verildiyi üçün alovun qarşısını almaq çətin olub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31