Vətəndaş maraqlarının müdafiəsi: Təlim keçirildi

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində 3-4-5 fevral 2018-ci ilde İmisli rayonunda yerli QHT lərin nümayəndələrin iştiraki ilə 3 günlük təlim keçirib. 

"Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi "Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi" layihəsi çərçivəsində 3-4-5 fevral 2018-ci ilde İmisli rayonunda yerli QHT lərin nümayəndələrin iştiraki ilə 3 günlük təlim keçirib. 

Cebhe.info xəbər verir ki, təlimin məqsədi İctimai Birliklərə movcud malliyə imkanları, ölkədə olan donor təşkilatlar və onlara müraciət qaydaları, hər bir donor təşkilatın layihə təklif formalarının və şərtlərinin əyani nümayişi olub.

Təlimdə Sabirabad, Saatlı, İmişli, Beyləqan,  Biləsuvar, Salyan, Lənkəran, Masallı, Hacıqabul rayonlarında fəaliyyət göstərən təşkilatların nümayəndələri iştirak edib. 3 gün ərzində təşkil olunan təlimdə iştirakçılar ölkədə fəaliyyət göstərərn donor təşkilatlar, onların təklif formaları ilə yaxından tanış olublar. 

Yerli QHT-lərlə təlimlərin növbəti mərhələləri davam etdiriləcək. Təlim proqramından əlavə layihə çərçivəsində nəzərdə tutlan digər fəalliyətlər də həyata keçirəcək: hökumətlə dialoq tədbiri, QHT evi, QHT-lərə dövlətin daha çox vəsait ayrıması barədə kampaniya, fondlar barədə kampaniya və sair fəaliyyətlər həyata keçirilməsi nəzərdə tutulur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31