Gündəm

Heydər Əsədov Ağsuda qəbul keçirəcək

19 Fevral 2018 12:33

Kənd təsərrüfatı naziri Heydər Əsədov 23 fevral 2018-ci il tarixində, saat 11:00-da Ağsu rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Ucar, Kürdəmir, Göyçay, Ağsu və Zərdab rayonlarının sakinləri ilə görüşəcək.

Məktəblilərin olduğu avtobusa silahlı basqın

19 Fevral 2018 12:32

Türkiyənin Adana şəhərində içərisində məktəblilər olan avtobus atəşə tutulub. Olaylar.az bildirir ki, Ayğut Arık adlı şəxs məktəblilər üçün nəzərdə tutulmuş sevris avtobusuna tüfənglə atəş açdıqdan sonra sürücü avtomobili dərhal hadisə yerindən uzaqlaşdırıb.

Üç evi qarət edən ələ keçib

19 Fevral 2018 12:31

Sabunçu qəsəbəsi şəhər Şossesi küçəsində yerləşən paytaxt sakini Xanoğlan Hadıyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib. Bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə məlumat verib. Şikayətçi fevralın 16-da evdə olmadığı müddətdə mənzilin pəncərəsinin qırıldığını oradan 4 min manat dəyərində qızıl-zinət əşyaları və 280 manat pul oğurlandığını bildirib.

İordaniyada və Misirdə Hökumətlərarası Komissiyanın iclasları keçiriləcək

19 Fevral 2018 12:30

19-20 fevral tarixində Əmmanda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın, 21-22 fevralda isə Qahirədə Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclası keçiriləcək.

Deputatlarımız Rusiyada seçki monitorinqində iştirak edəcəklər

19 Fevral 2018 12:27

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, deputat Rauf Əliyev Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak etmək üçün Rusiyaya ölkəyə səfər edəcəklər.

General: "İsrailin müdafiə nazirinə sui-qəsddə “erməni izi”nin olması istisna deyil"

19 Fevral 2018 12:25

"İsrailin müdafiə naziri Avigdor Libermana sui-qəsd cəhdində erməni izinin olması istisna deyil". Müdafiə nazirinin sabiq müavini, istefada olan general-leytenant Çingiz Məmmədov bunu barədə yayılan məlumatları şərh edərkən deyib. Ç. Məmmədov qeyd edib ki, İsrail-Azərbaycan münasibətlərinin, xüsusilə də hərbi sahədə əməkdaşlığının inkişafı erməni tərəfinin daim ciddi narahatlığı ilə qarşılanıb. "Elə bu yaxınlarda Ermənistan parlamentinin nümayəndə heyətinin İsrailə səfəri zamanı məhz Libermanın Azərbaycanı açıq-aydın dəstəkləməsi barədə verdiyi bəyanatlar da erməni deputatlarını son dərəcə məyus edib.

Almaniyada Xocalı soyqırımına həsr olunmuş simpozium keçiriləcək

19 Fevral 2018 12:24

Fevralın 22-də Almaniya Bundestaqında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş simpozium keçiriləcək. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, tədbirdə parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və deputat Rövşən Rzayev iştirak edəcəklər.

Özbəkistan səfiri: “Hökumət adından azərbaycanlı iş adamlarının investisiyalarına tam zəmanət verirəm”

19 Fevral 2018 12:22

Azərbaycanın iş adamlarından ibarət geniş tərkibli nümayəndə heyəti Özbəkistana səfər edib. “OLAYLAR” xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin başçılıq etdiyi nümayəndə heyətində inşaat-tikinti, qida, proqram təminatı, turizm, maliyyə, qablaşdırma, tekstil və başqa sahələrdə fəaliyyət göstərən şirkətlər təmsil olunurlar.

Təhsil müəssisəsində “Məzun günü” keçirilib

19 Fevral 2018 12:21

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 nömrəli Klassik Gimnaziyada ənənəvi “Məzun günü” keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, ümumi təhsil müəssisələrinin direktorları, məktəbin pedaqoji kollektivi, təqaüdçü müəllimlər, məzunlar,  şagirdlər və valideynlər iştirak edib.

Növbəti 2 gündə hava necə olacaq?

19 Fevral 2018 12:19

“Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti nisbətən sabit keçəcək”.  Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. 

40 ildir axtardığı oğlunu Xoşqədəmin verilişində tapan qadın şoka düşdü- VİDEO

19 Fevral 2018 12:18

Ana 40 ildən sonra tapdığı oğluna görə efirdə şoka düşüb.  Sədəf adlı xanım "Xəzər TV"nin "Səni axtarıram" verilişinə müraciət edərək adını, soyadını bilmədiyi övladığını tapmağı istəyib. 

Yağış yağdı: "Bakıda biabırçı mənzərələr yarandı"

19 Fevral 2018 12:16

Ötən gün axşam saatlarından başlayan aramsız yağış paytaxt yollarında problemlər yaradıb. Məlumata görə, yağış Bakının və Xırdalanın bir neçə rayonları, prospektlərində nəqliyyatın hərəkətini iflic edib.

Səudiyyə Ərəbistanında qadınlara biznes açmağa icazə verilib

19 Fevral 2018 11:58

Səudiyyə Ərəbistanında qadınlara "qəyyumların" razılığı olmadan biznes açmağa icazə verilib. Bu barədə krallığın Kommersiya və İnvestisiya Nazirliyi məlumat verib. Məlumatda deyilir: "Bundan sonra qadınlar "qəyyumlarının" icazəsini sübut etmədən özlərinə biznes aça və elektron xidmətlərdən istifadə edə bilərlər".

Yerevandakı PKK terrorçuları axtarılır

19 Fevral 2018 11:57

Ermənistan polisi Milli Təhlükəsizlik Nazirliyi ilə birlikdə Yerevanda PKK terrorçularının tutulması üçün axtarışlara başlayıb.  Bunu Ermənistanın "Haykakan Jamanak" qəzeti yazıb. Məqalədə qeyd olunub ki, Yerevanda təhsil alan erməni və kürd tələbələr bununla bağlı ölkənin hüquq-mühafizə orqanlarına çağırılıblar və sorğu-sual ediliblər.