Təhsil müəssisəsində “Məzun günü” keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 nömrəli Klassik Gimnaziyada ənənəvi “Məzun günü” keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, ümumi təhsil müəssisələrinin direktorları, məktəbin pedaqoji kollektivi, təqaüdçü müəllimlər, məzunlar,  şagirdlər və valideynlər iştirak edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 nömrəli Klassik Gimnaziyada ənənəvi "Məzun günü" keçirilib. "OLAYLAR" xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, ümumi təhsil müəssisələrinin direktorları, məktəbin pedaqoji kollektivi, təqaüdçü müəllimlər, məzunlar,  şagirdlər və valideynlər iştirak edib.

"Uğur ənənələri"  layihəsi çərçivəsində təşkil olunan "Məzun günü"nün əsas məqsədi illərlə formalaşmış ənənəni davam etdirməklə, məzunların məktəbə  baxışı əsasında şagirdlərin təhsilə, məktəbə marağını daha da artırmaq, onların məktəbin ictimai həyatında daha fəal iştirakın təmin etməkdən ibarətdir.

Tədbirdə 160 nömrəli Klassik Gimnaziyanın direktoru Faina Ələkbərova təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb. Məktəbin məzunları arasından kifayət qədər tanınmış şəxslərin çıxdığını, onların Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verdiyini bildirib. Görüşdə məktəbin nailiyyətlərini əks etdirən divar qəzetləri, fotostendlər və  ötən illərin albomlarından ibarət sərgi təşkil olunub. Tədbir şagirdlərin ifasında şeir və ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31