Növbəti 2 gündə hava necə olacaq?
“Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti nisbətən sabit keçəcək”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
19 Fevral 2018 12:19 Sosial"Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti nisbətən sabit keçəcək". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi fevralın 19-u gündüz saatlarından yağmur tədricən kəsiləcək: "Fevral ayının 20-21-də ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin bəzi şimal və şərq rayonlarında hava şəraiti az yağıntılı olacaq. Şərq küləyi əsəcək".
G.Məmmədova qeyd edib ki, temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir. Report.az