Məktəblilərin olduğu avtobusa silahlı basqın
Türkiyənin Adana şəhərində içərisində məktəblilər olan avtobus atəşə tutulub. Olaylar.az bildirir ki, Ayğut Arık adlı şəxs məktəblilər üçün nəzərdə tutulmuş sevris avtobusuna tüfənglə atəş açdıqdan sonra sürücü avtomobili dərhal hadisə yerindən uzaqlaşdırıb.
19 Fevral 2018 12:32 DünyaTürkiyənin Adana şəhərində içərisində məktəblilər olan avtobus atəşə tutulub. Olaylar.az bildirir ki, Ayğut Arık adlı şəxs məktəblilər üçün nəzərdə tutulmuş sevris avtobusuna tüfənglə atəş açdıqdan sonra sürücü avtomobili dərhal hadisə yerindən uzaqlaşdırıb.
Şagirdlərə atəş açan Arık daha sonra şəhər mərkəzində fəaliyyət göstərən kafeyə daxil olub. Polisin gəldiyini gördükdən sonra isə Ayğut Arık tüfənglə özünə qəsd edib.
Qeyd edək ki, hadisə zamanı məktəblilərdən xəsarət alan olamasa da, avtobus sürücü yaralanıb. Avtobusa ziyan dəyib.