Gündəm
Rafael Ağayev yenə çempion oldu
Azərbaycan milli komandasının və "Qəbələ" İdman Klubunun karateçisi Rafael Ağayev növbəti uğuruna imza atıb. İdmançımız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mötəbər Karate 1 Premyer Liqa turnirində iştirak edib.
Ər-arvad dəm qazından boğulub
Gəncədə ər-arvad dəm qazından boğularaq ölüb. Məlumata görə, hadisə Gəncənin Nəriman Nərimanov prospektində qeydə alınıb.
“Niyə Röyaya mesaj yazırsan, mənə yox?”
"W-Trio"nun keçmiş üzvü, müğənni Elnarə Xəlilova "ATV maqazin onlarla" verilişinin "Hit parad" rubrikasına qonaq olub. O, proqramda illər əvvəl həmkarı Natavan Həbibidən küsmə səbəbini açıqlayıb: "Naqqılı (Natavan Həbibi-red.) ilə münasibətimiz yoxdur. Mən kin saxlaya bilmirəm, evimin qapısı ona hər zaman açıqdır. Bu insanla çörək kəsmişik, bir yastığa baş qoymuşuk, bir-birimizin paltarlarını geyinmişik. Yadıma gəlmir ki, şəxsən harasa dəvət etsinlər, ora getməyim.
“Zeytun budağı” 31 –ci günündə 1641 terrorçu zərərsizləşdirilib
Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu Suriyanın qərbində yerləşən Racu bölgəsinə yaxın olan Yeki Dam, Şelta və Merseva kəndlərini PKK terror təşkilatından azad edib.
Tacir çox gənc görsənən həyat yoldaşı barədə: Məni bəyənmir - VİDEO
Həyat yoldaşım məni bəyənmir. Bunu ötən gün "Evdəkilərə salam" verilişində müğənni Tacir Şahmaloğlu deyib. Müğənni çəkiliş heyətini yeni tikdirdiyi villasında qəbul edib.
Məşhur müğənninin ailəsində ağır itki
Əməkdar artist Cavanşir Məmmədovun ailəsinə ağır itki üz verib. Olaylar.az bildirir ki, əməkdar artistin anası Güllü Məmmədova bu gecə dünyasını dəyişib.
VİP qeyri-müəyyənliyə son qoydu
Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin iclası keçirilib. Partiyadan “OLAYLAR”-a bildirilib ki, oclasda VİP-in bu il aprelin 11-nə təyin edilmiş prezident seçkilərində iştirak məsələsi ilə bağlı Məclisdə fevralın 11-də başlanan və konsensus əldə olunmaması səbəbindən bir həftə müddətinə ertələnən müzakirələr davam etdirilib.
Energetika naziri Almaniyaya səfər edib
Energetika naziri Pərviz Şahbazov 16-17 fevral tarixlərində Bavariyanın paytaxtında keçirilən 54-cü Münhen Təhlükəsizlik Konfransında iştirak edib. “OLAYLAR” -a nazirliyin mətbuat xidmətindən bildirilib ki, konfrans çərçivəsində Pərviz Şahbazov bir sıra ikitərəfli görüşlər də keçirib.
Azərbaycan Global Village beynəlxalq mədəniyyət və ticarət festivalında iştirak edə bilər
Azərbaycanın Birləşmiş Ərəb Əmriliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov Dubayda hər il keçirilən nəhəng Global Village beynəlxalq mədəniyyət və ticarət festivalının baş direktoru Bader Anvahi ilə görüşüb.
Sanksiyalar günahsız insanlara təsir edir
“İranda tez-tez təyyarə qəzalarının baş verməsinin əsas səbəbi, bu ölkəyə tətbiq olunan sanksiyalardır. Çünki, sanksiyaların tətbiqi bu ölkəyə təyyarə və onun avadanlıqlarının satışını qadağan edir”.
Yağışlardan sonra Bayılda SON DURUM
Dünən və bu gün yağan yağışın təsirindən Bayıl yamacında - Teleqülləninin yaxınlığındakı sürüşmə sahəsində torpaq qatı daha da ağırlaşıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, ərazidə sürüşmə prosesinin bitdiyini demək olmaz. Hazırda ərazidə sürüşmə prosesi aktiv fazadadır: “Dünən və bu gün atmosfer yağıntılarının miqdarı çox olduğundan burada torpaq qatı bir az da ağırlaşıb. Amma hələ ki, elə bir ciddi dəyişiklik hiss etməmişik”.
İstanbulda dağıdıcı zəlzələ: hər an ola bilər
İstanbulda hər an 7 baldan artıq zəlzələ ola bilər. Bu sözləri Qəndil Rəsədxanası Zəlzələ Araşdırma İnstitutunun rəhbəri professor Haluk Özener deyib. “Yer planetinin hərəkətlərindən asılı olaraq, mütəmadi şəkildə enerji əmələ gəlir və zəlzələlər bu enerjinin dağılmasını təmin edir.
Nazir müavininin oğluna 150 min atan bankir şikayət verdi
Zaminbank ASC-də xəzinədar vəzifəsində işləmiş 1972-ci il təvəllüdlü Eldar Salmasi məhkəmə hökmündən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsindən verilən məlumata görə, Eldar Salmasi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Dayanmadan qar yağdı, uçqun baş verdi
Fevralın 18-i gündüzdən 19-u səhərədək Bakıda dayanmadan yağış, bölgələrdə isə qar yağıb. Hətta Şahdağda qarın hündürlüyü 53 santimetrə çatıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-32, Lənkəran-Astara zonasında 7-31, Qazax-Gəncə zonasında 8-25, Böyük Qafqazda 4-36, Mərkəzi-Aran rayonlarında 17-29, Kiçik Qafqazda 15-22, Naxçıvan MR-da 7-21 mm olub.
Feysbukdan SƏRT QAYDALAR - reklama nəzarət gücləndirilir
Feysbuk sosial şəbəkəsi 2018-ci ildə keçiriləcək seçkilərlə əlaqədar təhlükəsizlik sistemlərini gücləndirib. Şirkət bu il ABŞ Konqresinə keçiriləcək seçkilərə "Rusiyanın müdaxiləsi" ehtimalını göz önündə saxlayaraq, reklam elanları alıcıları üçün əlavə testlər hazırlayıb. Feysbuk şirkəti elektron poçt vasitəsi ilə istifadəçilərin ABŞ-da yaşadığını təsdiq etməsi üçün xüsusi kod göndərəcək. İstifadəçilər bu kodu təsdiq etdikdən sonra reklam elanlarının alışını davam etdirə biləcəklər.








.jpg)





