Azərbaycan Global Village beynəlxalq mədəniyyət və ticarət festivalında iştirak edə bilər
Azərbaycanın Birləşmiş Ərəb Əmriliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov Dubayda hər il keçirilən nəhəng Global Village beynəlxalq mədəniyyət və ticarət festivalının baş direktoru Bader Anvahi ilə görüşüb.
19 Fevral 2018 11:42 SosialAzərbaycanın Birləşmiş Ərəb Əmriliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov Dubayda hər il keçirilən nəhəng Global Village beynəlxalq mədəniyyət və ticarət festivalının baş direktoru Bader Anvahi ilə görüşüb. "OLAYLAR" səfirliyə istinadən xəbər verir ki, görüşdə hər il beş milyondan çox ziyarətçinin gəldiyi festivalın imkanları öyrənilib, Azərbaycanın iştirakı müzakirə edilib. Daha sonra festivalın rəhbəri və əməkdaşları səfir, Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev və səfirliyin birinci katibi Sabir Rzayevi festival və onun pabilyonları ilə tanış edib, bu möhtəşəm tədbirin müxtəlif əyləncə və satış imkanları ilə tanış ediblər. Görüşün yekunu üzrə Azərbaycanın festivalda iştirakı istiqamətində iş aparılması barədə razılıq əldə edilib.