VİP qeyri-müəyyənliyə son qoydu
Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin iclası keçirilib. Partiyadan “OLAYLAR”-a bildirilib ki, oclasda VİP-in bu il aprelin 11-nə təyin edilmiş prezident seçkilərində iştirak məsələsi ilə bağlı Məclisdə fevralın 11-də başlanan və konsensus əldə olunmaması səbəbindən bir həftə müddətinə ertələnən müzakirələr davam etdirilib.
19 Fevral 2018 11:44 SiyasətVətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin iclası keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, oclasda VİP-in bu il aprelin 11-nə təyin edilmiş prezident seçkilərində iştirak məsələsi ilə bağlı Məclisdə fevralın 11-də başlanan və konsensus əldə olunmaması səbəbindən bir həftə müddətinə ertələnən müzakirələr davam etdirilib. Ötən həftə olduğu kimi, bu iclasda da gərgin müzakirələr aparılıb və VİP-in 11 aprel seçkilərində iştirak tərəfdarları ilə əleyhdarları arasında qızğın, bəzən isə kəskin mübahisələr yaranıb. Bununla belə, VİP sədri Əli Əliyevin və partiya rəhbərliyində təmsil olunan veteran üzvlərin çıxışlarından sonra tərəflər öz mövqelərini uzlaşdırmağa razılıq veriblər. Keçirilən səsvermədən sonra VİP sədri Əli Əliyevin prezidentliyə namizəd irəli sürülməsi haqqında qərar qəbul edilib.