Ər-arvad dəm qazından boğulub
Gəncədə ər-arvad dəm qazından boğularaq ölüb. Məlumata görə, hadisə Gəncənin Nəriman Nərimanov prospektində qeydə alınıb.
19 Fevral 2018 11:53 SosialGəncədə ər-arvad dəm qazından boğularaq ölüb. Məlumata görə, hadisə Gəncənin Nəriman Nərimanov prospektində qeydə alınıb. Sözügedən ünvanda yaşayan, 1962-ci il təvəllüdlü Abbasov Adil Yusif oğlu və onun həyat yoldaşı, Abbasova Yeganə Nazim qızı evdə dəm qazından boğularaq ölüblər. Onların meyiti səhər saatlarında aşkar edilib. Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31