Gündəm
ABŞ-ın təklifinin PƏRDƏARXASI – Türkiyəyə qarşı xain plan ORTAYA ÇIXDI
Kosmos savaşı: Rusiya ABŞ-a qarşı xüsusi silah hazırlayır
Rusiya və Çin ABŞ-ın hərbi və kommersiya peyklərini sıradan çıxarmaq üçün xüsusi silahlar hazırlayır. Bu barədə informasiya ABŞ Milli Kəşfiyyatının hesabatında yer alıb. Hesabata əsasən, bu tip silahlar həmin ölkələrin arsenalında yaxın illərdə peyda ola bilər.
Yuyucu vasitələrin təhlükələrindən xəbəriniz var?
Yuyucu vasitələrdən müntəzəm istifadə etmək qadınlarda ağciyərlərin fəaliyyətində qüsurların yaranma riskini artırır. Məlumata görə, bu qənaətə Bergen Universitetinin (Norveç) bir qrup mütəxəssisi gəlib. Bununla bağlı təcrübə və müşahidələr 6.200-dən çox könüllü üzərində 20 il müddətində keçirilib. Məlum olub ki, yuyucu vasitələrlə müntəzəm işləyən evdar qadınlarda və peşəkar təmizlik işçilərində ağciyərlərin hava tutumunda azalma müşahidə olunub.
Ermənistanın İrana münasibətində kardinal dəyişikliklər baş verib
İranın Ermənistandakı səfiri S.K.Səccadinin son bəyanatının təhlili belə nəticəyə gəlməyə tam əsas verir. Səccadi İranla Ermənistan arasında iri layihələrin (Mehri SES-in və dəmir yolunun) reallaşmamasının məsuliyyətini Ermənistanın üzərinə qoydu. Ermənistanın AİB-ə üzvlüyünün heç bir fayda vermədiyini bildirdi. Bununla da son illərdə rəsmi Yerevanın əsas “kozırını” əlindən aldı; Ermənilər AİB-lə İran arasında körpü rolu oynamağa çox iddialı idilər və bunu ciddi səylə təbliğ edirdilər. Mehri AİZ-i də bu məqsədlə yaratmışdılar. Yeri gəlmişkən qeyd edək ki, Mehri AİZ-in açılışında İran tərəfi iştirak etmədi. İndi səfirin bəyanatı dekabrın sonlarında Mehri AİZ-in açılışı ətrafında baş verənlərə aydınlıq gətirdi. Səfiri belə mövqe ortalığa qoymağa vadar edən səbəblər sensasiyalıdır:
Aİ-nin xüsusi nümayəndəsi azərbaycanlı girovlardan danışdı
"Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin tutulduğu vaxtdan, 2014-cü ilin iyunundan bu məsələni izləyirik. Aİ Minsk qrupunun həmsədrləri ilə birgə BQXK-nın səylərini tam dəstəkləyir".
Tofiq Yaqublu məsələsi “şişir” TƏRS BAXIŞ
Müsavat partiyasının başqanı Arif Hacılının müavini Tofiq Yaqublunu postundan uzaqlaşdırmasının ardınca yaranan səs-küy hələ də səngimir. Xüsusilə, AXCP və “Milli Şura” kuluarlarında Hacılının bu qərarı sərt şəkildə pislənilir, hətta sosial şəbəkələrdə kəskin ifadələr yer alır. Məsələ isə ondadır ki, Müsavatın hələ 2013-cü ildə AXCP sədri Əli Kərimlinin patronajlığı altındakı “Milli Şura”nın sıralarını tərk etməsi sonda iki “ana müxalifət” iddiasında olan siyasi təşkilatlar arasında dərin uçurum yaratdı. Məhz bundan sonra Müsavatda uzun illər müavin postuna sahib olan T.Yaqublunun “Milli Şura”da qalması, eləcə də bu qurumun koordinasiya mərkəzində yer alması əlbəttə ki, müsavatçıları qıcıqlandırmaya bilməzdi.
Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi
Bu il Azərbaycanda baharın müjdəçisi olan ilk çərşənbə - Su çərşənbəsi fevralın 27-də, Od çərşənbəsi martın 6-da, Yel çərşənbəsi martın 13-də, ilaxır olan Torpaq çərşənbəsi isə martın 20-si qeyd ediləcək.
Əməkdar artist 30 il əvvəl müəllimi ilə birlikdə
Azərbaycanda qarın hündürlüyü yarım metri keçdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevralın 18-i gündüzdən 19-u səhərədək müşahidə olunmuş faktiki hava şəraitini açıqlayıb. Nazirlikdən Olaylar.az - a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində fevralın 18-dən 19-u səhərədək hava şəraiti qeyri-sabit olub, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub.
“Testene Art Baku” II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə 27 mart – 2 aprel 2018-ci il tarixlərində İtaliyanın “Testene Art Baku” Beynəlxalq Mədəniyyət Assosiasiyasının və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin birgə təşkilatçılığı ilə II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək. Olaylar.az bildirir ki, müsabiqədə münsiflər heyəti kimi Rusiyanın xalq artisti Viktor Pelenyaqre, Rusiya və Tatarstanın xalq artisti Renat İbrahimov, bəstəkar, pianoçu,Litva musiqi akademiyasının professoru Arturas Ankskauskas, Vilnüs musiqi akademiyasının professoru, Litva-Avstrya cəmiyyətinin prezidenti Petras Kunka və festivalın fəxri qonağı qismində Fabio Lamborqini iştirak edəcəklər.
Multimilyarder daha çox vergi ödəmək istəyir
Multimilyarder Bill Qeyts bildirib ki, o və başqa zəngin amerikalılar ABŞ xəzinəsinə indi ödədiklərindən daha çox vergi ödəməlidirlər. O, bu barədə "CNN" telekanalına müsahibəsində deyib. B.Qeyts bildirib: "Mən hər bir insandan çox vergi ödəmişəm, 10 milyon dollardan artıq. Lakin hökumət mənim kimi insanlardan daha yüksək ödəniş tələb etməlidir".
İran İraqa hərbi yardım təklif etdi
İran iki ölkə arasında müdafiə və hərbi əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumu çərçivəsində İraqı hərbi texnika və avadanlıq ilə təmin etməyə hazırdır. Bu barədə bazar günü İranın Müdafiə Nazirliyi məlumat yayıb.
Hakim 9 futbolçunu meydandan qovdu
Braziliyanın Baiya ştatının futbol çempionatında "Viktoriya" və "Baiya" klubları arasında keçirilən matç komandaların 9 futbolçusunun meydandan sovulması səbəbindən sona qədər oynanılmayıb. Bu barədə "Reuters" məlumat yayıb.
Fövqəladə vəziyyət elan edildi
Meksikanın Milli Mülki Müdafiə Xidməti Oaxaka ştatının fevralın 17-də baş verən zəlzələdən zərər çəkmiş 33 bələdiyyəsində fövqəladə vəziyyət rejimi elan edib. Fövqəladə vəziyyət rejimi bu rayonlara təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə xüsusi fondun vəsaitlərinə çıxış əldə etməyə imkan verəcəkdir.
Başbakan Binali Yıldırım'dan Almanya seyahati dönüşünde önemli açıklamalar
Kurulması ve mart ayında ilk toplantısını yapması kararlaştırılan Türkiye-ABD müzakere heyetlerinin tüm sorunları ele alacağını belirten Başbakan Yıldırım, “Diyelim ki bunlar YPG ile işbirliğinden vazgeçtiler, ABD ile ilişkilerimiz düzelmiyor ki... FETÖ konusu var, devam eden dava var. Onların burada devam eden vatandaşlarının davası var. Bizim Halk Bankası, daha doğrusu Zarrab davası var” açıklamasını yaptı









.jpg)




