Tofiq Yaqublu məsələsi “şişir” TƏRS BAXIŞ

Müsavat partiyasının başqanı Arif Hacılının müavini Tofiq Yaqublunu postundan uzaqlaşdırmasının ardınca yaranan səs-küy hələ də səngimir. Xüsusilə, AXCP və “Milli Şura” kuluarlarında Hacılının bu qərarı sərt şəkildə pislənilir, hətta sosial şəbəkələrdə kəskin ifadələr yer alır. Məsələ isə ondadır ki, Müsavatın hələ 2013-cü ildə AXCP sədri Əli Kərimlinin patronajlığı altındakı “Milli Şura”nın sıralarını tərk etməsi sonda iki “ana müxalifət” iddiasında olan siyasi təşkilatlar arasında dərin uçurum yaratdı. Məhz bundan sonra Müsavatda uzun illər müavin postuna sahib olan T.Yaqublunun “Milli Şura”da qalması, eləcə də bu qurumun koordinasiya mərkəzində yer alması əlbəttə ki, müsavatçıları qıcıqlandırmaya bilməzdi.

Müsavat partiyasının başqanı Arif Hacılının müavini Tofiq Yaqublunu postundan uzaqlaşdırmasının ardınca yaranan səs-küy hələ də səngimir. Xüsusilə, AXCP və "Milli Şura" kuluarlarında Hacılının bu qərarı sərt şəkildə pislənilir, hətta sosial şəbəkələrdə kəskin ifadələr yer alır. Məsələ isə ondadır ki, Müsavatın hələ 2013-cü ildə AXCP sədri Əli Kərimlinin patronajlığı altındakı "Milli Şura"nın sıralarını tərk etməsi sonda iki "ana müxalifət" iddiasında olan siyasi təşkilatlar arasında dərin uçurum yaratdı. Məhz bundan sonra Müsavatda uzun illər müavin postuna sahib olan T.Yaqublunun "Milli Şura"da qalması, eləcə də bu qurumun koordinasiya mərkəzində yer alması əlbəttə ki, müsavatçıları qıcıqlandırmaya bilməzdi.

Müsavat başqanı: "Tofiq Yaqublunu bu vəzifəyə mən təyin etmişdim"

Onu da qeyd edək ki, T.Yaqubluya buna qədər bir neçə dəfə xəbərdarlıq edilmişdi, lakin o, bu xəbərdarlıqlara etinasız qalaraq özünü Ə.Kərimlinin nəzarətində olan "Milli Şura"ya daha yaxın görmüşdü. Nəticədə gözlənilən baş verdi və onun başqanlıq postundan istefası gerçəkləşdirildi.

Bu arada, Müsavatın başqanı A.Hacılı bu ətrafda gedən söz-söhbətlərə son qoymağa cəhd etsə də, onun bu addımı özünüifşa ilə nəticələnib. SİA xəbər verir ki, "Milli Şura" və AXCP tərəfdarlarının onun məlum qərarı ətrafında sərt fikirlər səsləndirmələrindən sonra özünün "facebook" səhifəsində münasibət bildirən A.Hacılı yazıb ki, müavin və digər icra strukturlarına partiya üzvünün təyin olunması və ya xaric edilməsi partiya başqanının hüququdur:
"Tofiq Yaqublunu bu vəzifəyə mən təyin etmişdim. Tofiq Yaqublu o zaman da "Milli Şura"nın üzvü idi. Müsavat partiyası isə artıq bu qurumdan çıxmışdı. Ona görə də bu qərarın "Milli Şura" ilə əlaqələndirilməsi əsassız və yersizdir".

Arif Hacılı vaxtilə T.Yaqublunu başqan müavinliyinə təyin edibsə, nəyə görə 5 il ərzndə onu müavinlikdən azad etməyib?

Məhz bu münasibətin fonunda belə bir sual formalaşır ki, əgər Müsavat partiyası bütövlükkdə "Milli Şura"nın tərkibindən çıxıbsa, bu partiyanın səlahiyyətlisinin, yəni T.Yaqublunun sonrakı 5 il müddətində həmin qurumda qalması bilavasitə partiya rəhbərliyinin zəifliyi hesab edilə billməzmi? Hərgah, A.Hacılı vaxtilə T.Yaqublunu başqan müavinliyinə təyin edibsə, nəyə görə 5 il ərzndə onu müavinlikdən azad etməyib? Demək ki, Hacılı sadəcə zəiflik nümayiş etdirib və əslində, bu zəifliyini gizlətmək üçün, indi-indi bu cür tonda münasibət bildirməyə başlayıb.

Hacılıdan gülünc iddia, yaxud, Müsavat partiyasında cərəyan edən son hadisələr bu siyasi təşkilatın "əhəmiyyətindən" xəbər verirmiş?

Yaxud, A.Hacılı bu səpgidə digər fikirləri ilə öz zəif idarəçiliyini dolayısı ilə etiraf etmiş olur. Misal üçün qeyd edir ki, guya digər siyasi təşkilatlarda kimin müavin və ya başqa vəzifəyə gəlməsi və ya vəzifədən ayrılmasından heç kəs xəbər tutmur və guya Müsavat partiyasında cərəyan edən son hadisələr bu siyasi təşkilatın "əhəmiyyətindən" xəbər verirmiş (?).

Görünür, Hacılı ya özünü, ya da ətrafındakıları anlaqsız yerinə qoymaqla öz anlaqsızlığını gizlətməyə cəhd edir. Çünki ölkədə fəaliyyət göstərən bütün partiyalarda istefa, vəzifəyə təyin olunma, yaxud da çıxarılma halları mediaya sızır və ictimailəşir. Ona görə də Müsavat daxilindəki çəkişmələrin bu cür tərzdə ört-basdır edilməsi cəmiyyətdə istehza doğurmaqdadır. Daha dəqiq desək, parçalanmış və hazırda da parçalanmaqda davam edən bir siyasin təşkilatın ictimai rəyə zorla "əhəmiyyətli" olması ətrafında fikirlərin yürüdülməsi kifayət qədər absurdluğu ortaya çıxarmış olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31