Deputatlarımız Rusiyada seçki monitorinqində iştirak edəcəklər
Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, deputat Rauf Əliyev Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak etmək üçün Rusiyaya ölkəyə səfər edəcəklər.
19 Fevral 2018 12:27 SiyasətMilli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, deputat Rauf Əliyev Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak etmək üçün Rusiyaya ölkəyə səfər edəcəklər. "Olaylar" xəbər verir ki, millət vəkilləri Moskva və Sankt-Peterburq şəhərlərində seçkiqabağı vəziyyət, prosesin təşkili ilə yaxından tanış olacaq, namizədlər tərəfindən təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsini müşahidə edəcəklər. Səfər fevralın 23-də başa çatacaq.