Bu ildən məktəbəhazırlıq qruplarındakı uşaqlar I sinifdə də eyni sinifdə komplektləşdiriləcək
19 Fevral 2018 14:03 SosialBu ildən ilk dəfə olaraq, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar I sinifdə də eyni sinifdə komplektləşdiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimin tədris aparması nəzərdə tutulur.
Bildirilir ki, bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31