Gündəm

Sabahdan I sinfə şagird qəbulu başlayır

21 Fevral 2018 13:19

Fevralın 22-dən birinci sinfə şagird qəbuluna start verilir. Bu barədə Təhsil Nazirliyində keçirilən mətbuat konfransında məlumat verilib.

Rusiya qanuni oğruları öz ölkələrinə göndərir

21 Fevral 2018 13:18

Rusiya ölkədə keçiriləcək futbol üzrə Dünya Çempionatı ilə əlaqədar olaraq ölkədən qanuni oğruların ekstradisiyasına başlayıb. “Komsomolskaya Pravda” qəzeti qanuni oğruların ölkədən qovulması haqqında qərarın Rusiya Daxili İşlər naziri Vladimir Kolokoltsev tərəfindən verildiyini yazıb. DİN-in yaxın günlərdə bir neçə kriminal avtoriteti ölkədən çıxaracağı bəlli olub. Belə ki, Moskvanın Gürcüstana Aslan Kobuladze, Suliko Şarikadzeni, Qırğızıstana Kamçibek Kolbayevi (ABŞ-ın sanksiyaları altındadır – red.) verməsi nəzərdə tutulub.

ABŞ kəşfiyyatı: Rusiya ilə düşmənik, amma...

21 Fevral 2018 13:15

Rusiya ilə maraqlarımız əksər istiqamətlərdə toqquşur, amma dialoqu davam etdiririk. Bunu jurnalistlərə açıqlamasında ABŞ Milli Kəşfiyyatının rəhbəri Daneil Kouts söyləyib. Onun sözlərinə görə, tərəflər arasında əlaqə əsasən kəşfiyyat və terrorizm məsələlərindədir:

Tikinti şirkəti səkini zəbt etdi

21 Fevral 2018 13:14

Tikinti şirkəti Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində vətəndaşların rahat gediş-gəlişi üçün nəzərdə tutulmuş səkini zəbt edib.

KİVDF Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə müsabiqə elan etdi

21 Fevral 2018 13:11

Müsabiqənin məqsədi Qaradağ rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq.

Azərbaycanda fikir, söz və məlumat azadlığı tam təmin olunub

21 Fevral 2018 13:06

Ölkə o zaman demoktratik ölkə, cəmiyyət o zaman demokratik cəmiyyət sayılır ki, orada ictimai və dövlət maraqları qorunsun, insanların hüquq və azadlıqları müdafiə edilsin, həmçinin fikir, söz və məlumat azadlığına hərtərəfli şərait yaradılsın. Vurğulamaq yerinə düşər ki, fikir, söz, məlumat və ifadə azadlığı həmçinin bu və ya digər ölkənin nə dərəcədə demokratik, hüquqi və müstəqil bir ölkə olduğunu sərgiləyir.

Beynəlxalq Bankın filial müdiri məhkəmə zalından həbs edildi

21 Fevral 2018 13:01

"Azəbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxslərinin məhkəməsi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən bank əməkdaşlarının məhkəməsi davam etdirilib. Onlardan biri "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "Şamaxı" filialının müdir müavini olmuş Əlisultan Məmmədovdur. Bankın daha 3 əməkdaşı - Ramin Səməndərov, Kifayət Səmədova, Hacalı Cavadov da təqsirləndirilən şəxslərdir. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

MDB və Avrasiya ölkələrindən 50 nümayəndə Azərbaycana gələcək

21 Fevral 2018 13:00

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyi və “Qlobal Sahibkarlıq Şəbəkəsi – Azərbaycan” dəstəyi, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə iyul ayında MDB və Avrasiya ölkələrini əhatə edən “MDB Startap platforması” layihəsi keçiriləcək. “OLAYLAR”-a Milli Şuradan bildirilib ki, layihənin məqsədi MDB və Avrasiya ölkələrindən gənc sahibkarlar və sahibkarlarla işləyən qurumlar arasında startap ekosistemlərinin inkişaf etdirilməsi, işgüzar əlaqələri qurmaq və genişləndirmək üçün uğurlu nümunələr və ən yaxşı təcrübələri mübadilə etmək, gənclərin sahibkarlıq bacarıqlarının inkişaf yollarını tapmaq üçün şəraət yaratmaqdır.

Dini Komitə Cocuq Mərcanlı məscidinə kitablar hədiyyə edib

21 Fevral 2018 12:57

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində olub. “OLAYLAR”-a Komitənin mətbuat xidmətindən bildirilib ki, Dövlət Komitəsinin sədri Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ilə birgə əvvəlcə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib.

Beynəlxalq Ana Dili Günü qeyd olunub

21 Fevral 2018 12:56

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilib. “OLAYLAR” xəbər verir ki, Bakı məktəblərində “Ana dilimizi sevək və qoruyaq”, “Dilimiz-dəyərimizdir”, "Ana dilim-doğma dilim", “Ana dilimiz-Milli sərvətimizdir”, “Mənim dilim” və digər müvafiq mövzularda tədbirlər, inşa yazı müsabiqələri, ədəbi-bədii kompozisiyalar, “Dəyirmi masa”lar, xüsusi dərslər və  məşğələlər təşkil edilib.

Vyanada ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub

21 Fevral 2018 12:55

Avstriyanın Vyana şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla "Avstriya Dəmir Yolları" Səhmdar Cəmiyyətinin baş direktoru Andreas Mathe arasında görüş kecirilib. 

Qanunsuz zinət əşyaları keçirmək istəyən qadın saxlanıb

21 Fevral 2018 12:53

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə "Smiths detektion Heimann X-ray" yük yoxlama cihazı ilə gömrük baxışı keçirilib.

Azərbaycan-İordaniya iqtisadi əlaqələri müzakirə edilib

21 Fevral 2018 12:52

Azərbaycan nümayəndə heyətinin İordaniyaya səfəri çərçivəsində Əmmanda iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri, Komissiyanın həmsədri Yarub Qudah ilə görüşüb.

Andrey Karlovun xatirəsinə həsr olunmuş fotosərgi

21 Fevral 2018 12:50

Rusiyanın paytaxtı Moskva şəhərində 2016 – cı ildə silahlı hücum zamanı Ankarada qətlə yetirilən rusiyalı səfir Andrey Karlovun xatirəsinə həsr olunmuş fotosərgi təşkil olunub. Olaylar.az bildirir ki, sərgidə hər iki dövlətin rəsmi nümayəndələri iştirak edib. Sərgi Beynəlxalq Andrey Karlov Vəqfi tərəfindən Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda təşkil olunub.

Yeni şura yaradıldı: akademik, general və rektorlara vəzifə verildi - SİYAHI

21 Fevral 2018 12:48

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılıb. Bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb. Qərara əsasən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Şuranın sədri təyin edilib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev onun müavini təyin olunub.