MDB və Avrasiya ölkələrindən 50 nümayəndə Azərbaycana gələcək
Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyi və “Qlobal Sahibkarlıq Şəbəkəsi – Azərbaycan” dəstəyi, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə iyul ayında MDB və Avrasiya ölkələrini əhatə edən “MDB Startap platforması” layihəsi keçiriləcək. “OLAYLAR”-a Milli Şuradan bildirilib ki, layihənin məqsədi MDB və Avrasiya ölkələrindən gənc sahibkarlar və sahibkarlarla işləyən qurumlar arasında startap ekosistemlərinin inkişaf etdirilməsi, işgüzar əlaqələri qurmaq və genişləndirmək üçün uğurlu nümunələr və ən yaxşı təcrübələri mübadilə etmək, gənclərin sahibkarlıq bacarıqlarının inkişaf yollarını tapmaq üçün şəraət yaratmaqdır.
21 Fevral 2018 13:00 SosialGənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyi və "Qlobal Sahibkarlıq Şəbəkəsi - Azərbaycan" dəstəyi, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə iyul ayında MDB və Avrasiya ölkələrini əhatə edən "MDB Startap platforması" layihəsi keçiriləcək. "OLAYLAR"-a Milli Şuradan bildirilib ki, layihənin məqsədi MDB və Avrasiya ölkələrindən gənc sahibkarlar və sahibkarlarla işləyən qurumlar arasında startap ekosistemlərinin inkişaf etdirilməsi, işgüzar əlaqələri qurmaq və genişləndirmək üçün uğurlu nümunələr və ən yaxşı təcrübələri mübadilə etmək, gənclərin sahibkarlıq bacarıqlarının inkişaf yollarını tapmaq üçün şəraət yaratmaqdır.
Layihə zamanı Azərbaycan, Belarus, Kazaxstan, Qırğızstan, Özbəkistan, Moldova, Rusiya, Tacikistandan, Ukrayna və Gürcüstan ölkələrinin 50 nümayəndənin Bakıya gəlişi gözlənilir. Layihədə region ölkələrdə fəaliyyət göstərən gənc sahibkarların və startap ekosisteminin yaradılması və inkişafı istiqamətində fəaliyyət göstərən qurumların və təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub. Layihə çərçivəsində nümayəndələr gənc sahibkarların üzləşdiyi problemləri və onların həlli yollarını müzakirə edəcək, uğurlu startap nümunələri təqdim olunacaq.