Andrey Karlovun xatirəsinə həsr olunmuş fotosərgi
Rusiyanın paytaxtı Moskva şəhərində 2016 – cı ildə silahlı hücum zamanı Ankarada qətlə yetirilən rusiyalı səfir Andrey Karlovun xatirəsinə həsr olunmuş fotosərgi təşkil olunub. Olaylar.az bildirir ki, sərgidə hər iki dövlətin rəsmi nümayəndələri iştirak edib. Sərgi Beynəlxalq Andrey Karlov Vəqfi tərəfindən Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda təşkil olunub.
21 Fevral 2018 12:50 DünyaRusiyanın paytaxtı Moskva şəhərində 2016 - cı ildə silahlı hücum zamanı Ankarada qətlə yetirilən rusiyalı səfir Andrey Karlovun xatirəsinə həsr olunmuş fotosərgi təşkil olunub. Olaylar.az bildirir ki, sərgidə hər iki dövlətin rəsmi nümayəndələri iştirak edib. Sərgi Beynəlxalq Andrey Karlov Vəqfi tərəfindən Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda təşkil olunub.
Türkiyənin Moskvadakı səfiri Hüseyn Diriöz çıxışı zamanı A. Karlovun, Türkiyə və Rusiya əlaqələrini yüksək səviyyədə inkişaf etdirmək məqsədilə etdiyi fədakarlığı xüsusi vurğulayıb.
Səfir həmçinin Rusiyanın, Türkiyə üçün hər zaman xüsusi bir ölkə olduğunu və bunun gələcəkdə də belə olacağını bildirdi.
Sərgiyə Türk-Rus İctimai Forumunun baş katibi Ender Arat, prof. dr. İlber Ortaylı, eks-səfir Halil Akıncı, Beynəlxalq Andrey Karlov Vəqfinin rəhbəri Marina Karlova və çoxlu sayda iş adamı, tələbə və alim qatılıb.