Gündəm
Ermənilər yeni təxribat planı hazırlayıblar
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra həyata keçirilən düşünülmüş xarici siyasət nəticəsində çoxlu sayda uğurların qazanılmasına nail olunub. Ölkəmizin əldə etdiyi nailiyyətlər onun beynəlxalq aləmdəki nüfuzunu daha da artırıb, dünyanın qüdrətli dövlətləri səviyyəsinə yüksəldib.
Məşhur romanını yazanda 300 qələm sərf etmişdi...
Amerika yazıçısı, XX əsr Amerika ədəbiyyatının ən məşhur və sevilən yazıçılarından biri olan, "Həyəcanlarımızın qışı" və "Çarli ilə səyahət" adlı əsərlərinə görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmü. Con Steynbek fevralın 27 – də anadan olub. XX əsr Amerika ədəbi mühitin əsas mövzusu olan "Amerika həyat tərzi" və "Orta amerikalı" konsepsiyaları Con Steynbekin əsərlərinin əsas xəttdir. Siyasət, bank – pul, kəndli-fermer münasibətləri, miqrasiya, etnik diversiyaçılıqdan yaranan sosial problemlər onun əsərlərində öz bədii həllini tapıb.
“Ermənistan”ın coğrafi termin olması elmi faktdır
Çağdaş dövrdə ermənilər daha səylə Azərbaycana, ümumən Türk Dünyasına qarşı mənəvi terrora keçiblər. Rusiya XIX əsrin sonlarından XX əsrin ortalarına kimi müxtəlif ölkələrdən erməniləri Azərbaycan torpaqlarına gətirib məskunlaşdırmaqla Ermənistan adlı “dövlət” qurmasaydı, hal-hazırda ermənilər yəqin ki, Dəclə və Fərat çayları sahillərində öz “müqəddaratlarını” təyin etmək üçün mübarizə aparırdılar. Rusiya ermənilərə olan bu qayğını canıyanarlıqdan etmirdi.
“Gəlib onun əlindən öpüb, baş əysin” – Elzadan ismarış - VİDEO
ARB Ulduz-un “Virtual Həyat” proqramının növbəti qonağı Əməkdar artist Elza Seyidcahan olub. Müğənni onu təkrarlamağa çalışanlara ismarış göndərib: “Artıq məni təkrarlamağa başlayıblar. Nə qədər təkrarlasalar da, o insanlar necə gəliblərsə, elə də yadda qalıblar. Mən bundan sonra nə qədər dəyişsəm də, Elza necə gəlib elə yaddadır. Sizin özündənrazı, “kübar”, “xanım” tərzləriniz boş şeydir. Biz necə gəlmişiksə, elə qəbul olunmuşuq.
Rafiq Quliyevin doğum günüdür
27 fevral kinooperator, rejissor, ssenarist, prodüser və montaj rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Rafiq Quliyevin doğum günüdür. Rafiq Quliyev 1975-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışmağa başlayır. 1981-ci ildəAzərbaycan Dövlət İncəsənət İnstitutunu, 1987-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun "Kinooperatorluq" fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Xocalı şahidləri nələr danışdılar...
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin qərargahında Xocalı soyqırımı zamanı əsir və girov götürülmüş, işgəncələrə məruz qaldıqdan sonra azad edilmiş şəxslərlə yanaşı, şahid ifadələrinə görə hələ də əsir-girovluqda olan, həmçinin itkin düşmüş hesab olunan soydaşlarımızın ailə üzvlərinin iştirakı ilə anım tədbiri keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə çıxış edən birliyin sədri Esmira Orucova bildirib ki, Xocalı qətliamından artıq 26 il keçir: “Tədbirin keçirilməsində məqsəd sizlərə mənəvi dəstək olmaq, təsəlli verməkdir.
BMT-nin atəşkəs çağırışı Türkiyənin antiterror əməliyyatını önləməyə hesablanıb
“BMT-nin fevralın 24-də Suriyanın bütün ərazilərində atəşkəs elan etməsi və bunun humanitar yardımların çatdırılması ilə əsaslandırılmasını, Suriyada yeni terrorçu qrupların fəaliyyətə keçməsinə zəmin hazırlamaq kimi dəyərləndirmək olar. Çünki, hazırda BMT-də həlledici qərara malik olan ABŞ, Suriyada Türkiyənin şimali Suriyada apardığı hərbi əməliyyatlardan narahatdır”.
Yanan mənzildə ev sahibinin meyiti aşkar edilib
Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 34 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı mənzildən 1950-ci il təvəllüdlü Katibi Natella Əli qızının yanmış meyiti aşkar olunub.
Sənət Mərkəzində növbəti sərgi - “Baharı birlikdə qarşılayaq!”
Martın 3-də saat 14:00-da Xətai Sənət Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin “Baharı birlikdə qarşılayaq!” adlı sərgisinin həyata keçirilməsi nəzərdə tutulub. Olaylar.az bildirir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin, Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müdriyyətinin, incəsənət xadimlərinin və rəssamların, həmçinin kütləvi informasiya vasitələrinin mənsublarının iştirakı nəzərdə tutulub. Sərginin açılışı Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusiflinin açılış nitqindən sonra baş tutacaq. Sərgidə 25-dən çox şagirdin 70-dən çox rəsm əsərlərinin nümayişi nəzərdə tutulmuşdur.
Bağlı qapı arxasında huşsuz qalan xilas edilib
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açaraq halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
Türkiyədə Xocalı soyqırımına həsr olunmuş tədbirlər davam edir
Milli Məclisin deputatı Sona Əliyeva Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərdədir. MM-dən “Olaylar”a verilən məlumata görə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının dəvəti ilə baş tutan səfər çərçivəsində Kocaeli bölgəsində yeni salınmış Azərbaycan parkının açılışı, soyqırım qurbanlarının anım mərasimi keçiriləcək, Xocalı faciəsini əks etdirən rəsm sərgisi təşkil olunacaq.
Azərbaycanda narkoman qadınların sayı azalıb
Azərbaycanda rəsmi qeydiyyata alınan qadınların sayı azalıb. Səhiyyə Nazirliyindən bildirilib ki, 2013-cü ildə ölkədəki bütün narkotik istifadəçilərinin 539-u, 2014-cü ildə 554-ü, 2015-ci ildə 592-si, 2016-cı 612-si, 2017-ci ildə isə 595-i qadın olub.
Türkiyəyə şok: Çexiya Saleh Müslümü azad etdi
Praqa məhkəməsi PYD lideri Saleh Müslümü azadlığa buraxılıb. Bu barədə informasiyanı “Anadolu” agentliyi yayıb. Saleh Müslümün azadlığa buraxılmasına münasibət bildirən Türkiyənin Çexiyadakı səfiri Əhməd Necati Bigalı məhkəmə qərarının apelyasiyası olmadığını və PYD liderinin Çexiyanı tərk edə biləcəyini bildirib. Bigalı təəssüf doğuran bu qərarın ikitərəfli münasibətlərə mənfi təsir göstərə biləcəyini qeyd edib.
52 yaşlı kişinin cəsədi mənzildə aşkar edilib
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Elektrik dirəyinə çıxaraq intihar etmək istədi
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər qadın elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.














