BMT-nin atəşkəs çağırışı Türkiyənin antiterror əməliyyatını önləməyə hesablanıb

“BMT-nin fevralın 24-də Suriyanın bütün ərazilərində atəşkəs elan etməsi və bunun humanitar yardımların çatdırılması ilə əsaslandırılmasını, Suriyada yeni terrorçu qrupların fəaliyyətə keçməsinə zəmin hazırlamaq kimi dəyərləndirmək olar. Çünki, hazırda BMT-də həlledici qərara malik olan ABŞ, Suriyada Türkiyənin şimali Suriyada apardığı hərbi əməliyyatlardan narahatdır”.

"BMT-nin fevralın 24-də Suriyanın bütün ərazilərində atəşkəs elan etməsi və bunun humanitar yardımların çatdırılması ilə əsaslandırılmasını, Suriyada yeni terrorçu qrupların fəaliyyətə keçməsinə zəmin hazırlamaq kimi dəyərləndirmək olar. Çünki, hazırda BMT-də həlledici qərara malik olan ABŞ, Suriyada Türkiyənin şimali Suriyada apardığı hərbi əməliyyatlardan narahatdır". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O, bildirib ki, Fransa prezidenti E. Makronun ofisi də Türkiyəni Afrində atəşkəsə riayət etməyə çağırıb: "Göründüyü kimi Rusiya və Suriya birgə Şərqi Qutada və İdlibdə son silahlı müxalifətə qarşı hərbi əməliyyatları və Türkiyənin qərarlı Afrin əməliyyatı ABŞ və Qərbin Suriya siyasətinin qarşısını alır. BMT-nin atəşkəs çağırışı ABŞ və Fransanın birgə layihəsidir. Məqsəd Suriya siyasətində təşəbbüsü ələ almaq və Türkyənin Suriyada artan hərbi üstünlüyünü önləməkdir". Politoloq hesab edir ki, NATO müttəfiqi olan ABŞ və Fransanın digər müttəfiqi Türkiyə əleyhinə bu fəaliyyəti hərbi alyansda kifayət qədər siyasi çatların yaranmasına gətirəcək: "ABŞ ilk növbədə Türkiyəyə qarşı YPG kürd terrorçularına dəstəyini kəsərsə, Türkiyə atəşkəs razılaşmasına gedə bilər. Türkiyə BMT-nin atəşkəs razılaşmasına gedib, atəşkəsə əməl edərsə, bu terrorçuların vaxt qazanaraq güclənməsinə və hücuma keçməsinə şərait yaradar. Ankara bu atəşkəsi haqlı olaraq tanımadı və öz təhlükəsizliyinə təhdid edən terrorçuları zərərsizləşdirməyi davam etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31