Gündəm
Baqali Dabo "100-lüy"ün bir addımlığında
Avropa ölkələrinin milli çempionatlarının yüksək liqalarında ən çox qol vuranların siyahısı açıqlanıb. Siyahıda 250 futbolçu yer alıb. Üçhakimiyyətliliyin hökm sürdüyü cədvəlin zirvəsində braziliyalı Conasla ("Benfika"), estoniyalılar Rauno Sappinen ("Flora") və Albert Prosa ("Tallinn") qərarlaşıb.
Ronaldu heyətə salınmadı
"Real"ın baş məşqçisi Zinəddin Zidan yenə Kriştianu Ronalduya istirahət vermək qərarına gəlib. Fransız mütəxəssis 33 yaşlı hücumçunun adını La Liqanın 26-cı turunda səfərdə "Espanyol"la keçiriləcək oyunun heyətinə daxil etməyib. Ronaldudan başqa Modriç, Kroos və Marselo da bu qarşılaşmanın heyətinə daxil edilməyib.
Şok kadrlar: 2 yaşlı Fatimə atasının dükanından oğurlandı - VİDEO
Tiflisdə güclü yanğın: azərbaycanlıların obyektləri...
Ötən gecə Tiflisdə güclü yanğın baş vermiş “Terqi” ticarət mərkəzində bir neçə ticarət obyekti yerli azərbaycanlılara məxsusdur. Məlumata görə, Telavidən olan azərbaycanlılar mərkəzin aşağı mərtəbəsində göyərti və tərəvəz satışı ilə məşğul olurlar. Yanğın ticarət mərkəzinin yuxarı mərtəbələrində baş verdiyinə görə, aşağı mərtəbələrə ziyan dəyməyib.
Koreya prezidenti 30 il həbs oluna bilər
Koreyanın eks-prezidentini 30 il həbs cəzası gözləyir. Bu məlumatı Koreya Respublikasının Baş Prokurorluğu yayıb. Baş Prokurorluq Pak Kın Henin korrupsiya, rüşvətxorluq, hakimiyyətdən sui-istifadə və dövlət sirlərinin açılmasında ittiham olunduğunu açıqlayıb.
AXC-nin xarici siyasəti mövzusunda seminar
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyilə mütəmadi olaraq Cümhuriyyət və maarifçilik, multikulturalizm mövzularında tələbə və məktəblilər üçün tədbirlər keçirilir. Muzeydə təşkil olunan seminarda “Azərbaycanda Dövlət Gənclər siyasəti və AXC-nin xarici siyasəti” mövzusunda Muzeyin elmi işçiləri - Əli Fərhadov “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” və “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabları haqqında”, t.ü.f.d. Bəhman Kərimov “Azərbaycanda gənclər siyasəti”, t.ü.f.d. Fuad Ağayev “AXC-nin xarici siyasəti” mövzusunda məruzələrlə çıxış ediblər.
Prezident İlham Əliyev: "Azərbaycan sərmayə qoyuluşu üçün çox əlverişli məkandır"
Azərbaycan sərmayə qoyuluşu üçün çox əlverişli məkandır. Məlumata görə, bunu bu gün Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında iştirak edən Prezident İlham Əliyev müəssisələrin işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.
Əli Həsənov: "Ermənilər xarici havadarlarının dəstəyindən istifadə edərək azərbaycanlıların əzəli torpaqlarında dövlət qururlar"
"Avropa Azərbaycanlıları Konqresinin hər bir qurultayı qarşısında duran mühüm tapşırıqlarla fövqəladə hadisə hesab olunur. Dövlətimizin inkişafını, diasporumuz qarşısında qoyulan vəzifələrin aktuallığı və bugünkü inkişafın əsas mühüm vəzifələrini nəzərə alsaq, bu qurultayın keçirilməsi tam vaxtındadır. Artıq Avropa azərbaycanlıları keçən dövrün fəaliyyətinə yekun vurmaq, qarşıda duran vəzifələri müəyyən etmək anlamında məqbul sayıla bilər”.
Almaniya mütəxəssislərinin iştirakı ilə peşəyönümü xidmətlərinə dair təlim kurslarına başlanılıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq mərkəzlərinin “Məşğulluq mərkəzləri və peşə məktəblərinin mütəxəssisləri üçün peşəyönümü üzrə potensialın gücləndirilməsi” mövzusunda təlim kurslarına başlanılıb.
“Atam birinin başını kəsdi, o birinə də...” - Azərbaycanlı futbolçunun ETİRAFLARI
Prezident İlham Əliyev Mingəçevir elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışında iştirak edib
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışında iştirak edib.
Yunanıstanda gəmilərin hərəkəti durdu, kanal bağlandı
Yunanıstanda Korinfski kanalı bağlanıb. Məlumata görə, kanalın son günlər Yunanıstanda yağan aramsız leysan yağışlardan sonra yaranmış torpaq sürüşməsi səbəbindən bağlandığı bildirilir.
İlham Əliyev və xanımı Mehriban Əliyeva "ASAN Həyat" kompleksinin açılışında...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər.
İlham Əliyev və xanımı Mehriban Əliyeva daha iki açılışda iştirak ediblər
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında iştirak ediblər.
İşçiyə ödənilən rəsmi əmək haqları gələcək üçün sabit sosial təminatın təməlidir
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib. Ötən müddətdə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası tərəfindən bu sahədə əmək münasibətlərinin tənzimlənməsi, işəgötürən-işçi əməkdaşlığının rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və s. sahələrdə mühüm tədbirlər həyata keçirilib..














