Gündəm
İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb - YENİLƏNİB
Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyini qeyd alıb. Məlumata görə, bu barədə qərar bu gün MSK-nın iclasında qəbul edilib.
Ərdoğan: “Afrin məsələsi ilə bağlı ABŞ-la diplomatik müzakirə aparılmır”
“Türkiyə və ABŞ arasında Afrin məsələsi ilə bağlı diplomatik müzakirə aparılmır”. Türkiyə mətbuatı xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.
Amerika aviasiyası bu dəfə İran qüvvələrini darmadağın edib qovdu
Suriyanın Deyr əz-Zor əyalətində neft-qaz yataqlarının və “Konoko” qaz emalı zavodunun yerləşdiyi bölgəni kürdlərdən ibarət “Suriya Demokratik Qüvvələri”indən almaq üçün Bəşər Əsədi dəstəkləyən qüvvələrin daha bir hücumu iflasa uğrayıb.
Deputat: "Azərbaycan enerji təhlükəsizliyində yeganə alternativdir”
“Azərbaycan Avropanın enerji təhlükəsizliyində yeganə alternativdir”. Bunu millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, enerji resursları ilə təminatı bir istiqamətdən olunanda ölkələr müəyyən problemlərlə üzləşir: “Amma idxal marşurutları müxtəlif olanda isə artıq idxalçının seçim etmək imkanı meydana gəlir.
Arzu Nağıyev: "BMT-nin sessiyasından ciddi dəyişikliklər gözləmək düzgün olmazdı”
26 fefraldan başlayaraq Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyası keçiriləcək. Sessiyada 30 a yaxın dövlətdə insan hüquq və azadlıqları ilə bağlı vəziyyətə dair çıxşlar olacaq. Bundan başqa əsas diqqətin silahlı münaqişələr vaxtı uşaqların müdafiəsi, rasizmlə mübarizə və əllilərin hüquqlarının təmin edilməsinə yönələcəyi gözlənilir”. Bunu siyasi şərhçi Arzu Nağıyev deyib.
İki uşaq anasını zorlayıb öldürən idmançıya AĞIR CƏZA
Sumqayıt şəhərində qadını öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Fəttah Nuriyev 20 il müddətinə azadlıqdan məhrum edilib.
Səlim Müslümov: “Fevral ayı üçün pensiyaların köçürülməsi başa çatdırılıb”
Bu gün fevral ayı üzrə bütün pensiyaların maliyyələşməsi başa çatdırılıb, bu gün sonuncu pensiyalar köçürülüb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Hər gün 4 litr su içsək nə baş verər?
Gündəlik müntəzəm olaraq su içmək insan orqanizmi üçün çox faydalıdır. Bu eyni zamanda insanın arıqlamasına da gətirib çıxarır. Hər gün 2 litr su içən adamların daha sağlam bədənə sahib olması sübut olunan proseslərdəndir. Mütəxəssilərin əksəriyyəti bu vasitəylə insanların arıqlamasını təmin etməyin mümkün olduğunu bildirirlər.
Tanınmış türk modeldən Ronaldo etirafı - "Məni dəvət etdi və..."
Tanınmış model Cansu Taşkın Kriştiano Ronaldo ilə bağlı inanılmaz etiraf edib. O, jurnalistlərin futbolla bağlı suallarını cavablandırarkən bu açıqlamanı verib. 23 yaşlı model bildirib ki, Ronalda mənə "İnstagram"dan mesaj yazdı vəMadridə getməyimi istədi. Mən isə ona yox cavabı verdim.
Səidə Sultan ona elçi gələn oğlanı boğub öldürmək istədi - VİDEO
"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Səidə Sultan maraqlı açıqlamalar verib. Müğənni Mövlananın fəlsəfi sözlərindən yola çıxıb "Qarip dünya" adlı klipini təqdim etdi: "Mahnım "Qarip dünya" adlanır. Musiqisi Murad Zeynallı, sözləri Mövlanaya məxsusdur. Klip UniMedianın məhsuludur. Klipi gənc rejissor İlkin çəkdi. Əslində mahnı 3 ay bundan qabaq hazır idi. Sadəcə olaraq istədim ki, kliplə bərabər təqdim edim. Ona görə də iş biraz uzandı. Yeni işim insanlar tərəfindən də yaxşı qarşılandı".
Regionların sosial-iqtisadi inkişafı ölkənin iqtisadi inkişafına təkan verir
Regionların sosial iqtisadi inkişfı dövlət proqramlarının icrasında aidiyyati mərkəzi və yerli icra hakimiyyətləri orqanları üzərinə konkret vəzifələr qoyulub. Ümimilikdə ölkə iqtisadiyyatının inkişafını təmin edəcək dövlət proqramları regionların da simasının dəyişilməsilə müşahidə olunmaqdadır. Xüsusilə, bölgələrdə aqrar sahənin inkişafı nəinki ölkəmizi kənd təsərrüfatı məhsulları ilə təmin edəcək, eyni zamanda ixrac potensialının artmasına təkan verəcək.
Suriya ordusu vurula bilər – Araşdırma BAŞLADI
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (ing. Organisation for the Prohibition of Chemical Weapons) Suriyada araşdırmalara başlayıb.
Ramil Usubov vətəndaşı təhqir edən polis əməkdaşını işdən qovdu
Ölkə vətəndaşını təhqir edən polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib. Bir neçə gün öncə sosial şəbəkələrdə Masallı rayonundan olan bir gəncin polis əməkdaşı tərəfindən təhqir olunmasını əks etdirən video yayılıb.
Yerdə dördüncü maqnit fırtınası baş verdi
Fevralın 27-də Günəş diskinin mərkəzində meydana gələn çuxur Yer üzərində maqnit fırtınasına səbəb olub. Bu məlumat FIAN-ın Günəş Astronomiyası Laboratoriyasının hesabatında yer alıb. “Çərşənbə axşamı səhər saatlarından Yerin maqnit sahəsinin dalğalanmalarında nəzərəçarpacaq artım müşahidə edilir. Son 10 saat içərisində sahə pozulmasının amplitudası 10 qatdan çox artıb”, - hesabatda bildirilib.
Qazaxıstan nümayəndə heyəti Azərbaycandadır
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti ilə görüş olub. Səfərdə məqsəd son illərdə Azərbaycanda əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri, bu sahədə müasir və şəffaf iş təcrübəsi, o cümlədən innovativ əsaslı sığorta-pensiya sistemi ilə tanış olmaq, təcrübə mübadilələri aparmaqdır.














