Gündəm
Arvadına qardaşı qızı ilə xəyanət edən aparıcıdan xəbər var - Sevişərkən tutulmuşdular - VİDEO
Məşhur aparıcı Murat Başoğlu və sevişdiyi qardaşı qızı Burcu Başoğlu Kabadayının fotolarının çəkildiyi yerə 7 ay sonra gələn bir qrup şəxs bəzi detalları araşdırıb. Cütlüyün şəkillərinin çəkildiyi yerə gələnlər arasında fotoqraf da olub. Hadisə yerinə gələn fotoqraf müxtəlif yerlərdən çəkdiyi fotolarla araşdırmada mühüm rol oynayıb.
Avtomobili qaçıran saxlanıb
Avtomobil qaçırmaqda şübhəli bilinən Biləsuvar sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 26-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Xırdalan şəhər sakini Ehtiram Vəliyev ilə sərnişini arasında mübahisə baş verib. Bu zaman sərnişin ona məxsus “Daewoo” markalı avtomobili qaçırıb.
Ev sahibini bıçaqla hədələyənlər tutulublar
Gəncədə vətəndaşlara hədə-qorxu gələn şəxslər saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 26-da Nizami (Gəncə) rayonunun Avtozavod qəsəbəsində kirayədə yaşayan Mingəçevir şəhər sakini Bəhruz Mikayıllının evinə girmiş 2 nəfər naməlum şəxs B.Mikayıllının qayıtdığını və qonşularını gördükdə onları tapançaya bənzər əşya və bıçaqla hədələyib.
Litvada Xocalı şəhidlərinin xatirəsi anılıb
"Xocalıya ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Litvanın Klaypeda şəhərindəki azərbaycanlıların "Azəris" cəmiyyəti soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirib. “OLAYLAR” xəbər verir ki, Klaypeda şəhərinin Milli Mədəniyyətlər Sarayında keçirilən tədbirdə şəhər administrasiyasının nümayəndələri, xarici ölkələrin fəxri konsulları, milli icmaların rəhbərləri, yerli sakinlər və soydaşlarımız iştirak ediblər.
“Zəngi” liseyindən Xocalıya ədalət çağırışı
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar “Zəngi” liseyində anım mərasimi keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbirin təşkilatçısı Səbinə Novruzzadə XX əsrin bəşəri faciəsi olan Xocalı soyqırımı barədə məlumat verərək qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlar tərəfindən Xocalı şəhərində ağır cinayət törədilib. Erməni vandalları qoca, qadın və uşaqlara belə rəhm etmədən son dərəcə amansızlıq nümayiş etdiriblər. Bu soyqırımı nəticəsində 613 nəfər öldürülüb. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idilər. 8 ailə tamamilə məhv edilib, 487 nəfər şikəst olub. Onlardan 76 nəfəri hələ yetkinlik yaşına çatmamışdı. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.
Qubada itkin düşən alpinistlərin axtarışlarına yeni qrup qoşulur
Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışlarına yeni alpinist qrupu qoşulacaq.
ABŞ səfiri Rusiya ilə münasibətlərin yaxşılaşacağına ümid edir
ABŞ-ın Moskvadakı səfiri Con Hantsman 2018-ci ildə Birləşmiş Ştatlarla Rusiya arasında münasibətlərin yaxşılaşacağına ümid edir. Məlumata görə, Kazan Tibb Universitetinin tələbələri ilə görüşündə sanksiyalara toxunan diplomat qeyd edib: "Sanksiyalar iki ölkənin münasibətlərində yaranmış problemlər nəticəsində tətbiq olundu. Biz bu problemləri tədricən həll edəcəyik. Bu mənada mən 2018-ci ilə nikbin baxıram". Səfirin sözlərinə görə, hərdən televizora baxanda elə təəssürat yaranır ki, sanki Rusiya və ABŞ-ın dalaşmaqdan başqa bir işləri qalmayıb: "Lakin sanksiyalara rəğmən, iki ölkə elm və biznes sahəsində də əməkdaşlıq edə bilər".
Taleh Bağırovun silahdaşına CƏZA TƏLƏBİ
Müsəlman Birliyi Hərəkatının həbsdə olan koordinatoru Əhsən Nuruzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib. O, Əhsən Nuruzadənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Rusiyada 11 yaşlı oğlan 14 yaşlı qızla evlənib
Dünən Rusiyanın Novosibirsk şəhərinin “Aura” ticarət mərkəzində qəribə toy məclisi baş tutub.11 yaşlı qaraçı oğlan 14 yaşlı sevgilisi ilə ailə qurub. Sosial şəbəkə istifadəçiləri toy mərasimi barədə xəbərə fərqli reaksiya veriblər. “Bəyin 11, gəlinin 14 yaşı var. Özümü çox qoca hiss etdim”, - istifadəçilərdən biri yazır. “Dövlət idarələri hara baxır? Nə olsun ənənələri belədir? Mən şokdayam... Bu uşaqlar intim həyata başlayacaqlar?” – digər istifadəçi hiddətini gizlədə bilmir.
Paytaxtda yeni taksi dayanacaq məntəqələri müəyyənləşdirilir
Yeni taksi dayanacaq məntəqələrinin müəyyənləşdirilməsi işləri davam edir. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, bu çərçivədə aparılan təhlillərin nəticəsinə əsasən, həmçinin, daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, daha 55 ünvanda taksi dayanacaq məntəqəsi təşkil edilib. Artıq yeni məntəqələrə müvafiq nişanlar qoyulur və yol nişanlanma xətləri çəkilir.
MSK sədri: "Bütün maraqlanan tərəflər preident seçkiləri ilə bağlı istənilən sənədlə tanış ola bilər"
Bütün maraqlanan tərəflər, o cümlədən beynəlxalq təşkilatlar Azərbaycan prezident seçkiləri ilə bağlı istənilən sənədlə tanış ola bilər. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Polisə pivə təklif etdi və...
Rusiyada bir nəfər polisə 39 şüşə pivəni rüşvət kimi verməyə cəhd edib. Məlumata görə, Rusiyanın Samara şəhər sakini polislərə 39 şüşə pivəni rüşvət kimi təqdim edib, lakin ona cinayət işi açılıb.
Pişik sahibini ölümdən xilas etdi
Rusiyada pişik öz sahibini ölümdən xilas edib. Məlumata görə, yanğın Rusiya kəndlərinin birində baş verib. Evdə yanğın çıxan zaman pişik 28 yaşlı sahibinin üstünə atılaraq onu oyadıb.
Fransada ATIŞMA - Yaralılar var
Fransanın şimalındakı Dünkerk şəhərinin mərkəzində atışma baş verib. Məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb.
Britaniyada "Şərq əjdahası" məktəbləri bağladı
Böyük Britaniyada hökm sürən “Şərq divi” siklonu ilə əlaqədar yüzlərlə məktəb bağlanıb. Məlumata görə, kəskin hava şəraiti İngiltərənin böyük hissəsində, eləcə də Şotlandiyada qeydə alınıb.














