“Zəngi” liseyindən Xocalıya ədalət çağırışı

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar “Zəngi” liseyində anım mərasimi keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbirin təşkilatçısı Səbinə Novruzzadə XX əsrin bəşəri faciəsi olan Xocalı soyqırımı barədə məlumat verərək qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlar tərəfindən Xocalı şəhərində ağır cinayət törədilib. Erməni vandalları qoca, qadın və uşaqlara belə rəhm etmədən son dərəcə amansızlıq nümayiş etdiriblər. Bu soyqırımı nəticəsində 613 nəfər öldürülüb. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idilər. 8 ailə tamamilə məhv edilib, 487 nəfər şikəst olub. Onlardan 76 nəfəri hələ yetkinlik yaşına çatmamışdı. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar "Zəngi" liseyində anım mərasimi keçirilib. "OLAYLAR" xəbər verir ki, tədbirin təşkilatçısı Səbinə Novruzzadə XX əsrin bəşəri faciəsi olan Xocalı soyqırımı barədə məlumat verərək qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlar tərəfindən Xocalı şəhərində ağır cinayət törədilib. Erməni vandalları qoca, qadın və uşaqlara belə rəhm etmədən son dərəcə amansızlıq nümayiş etdiriblər. Bu soyqırımı nəticəsində 613 nəfər öldürülüb. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idilər. 8 ailə tamamilə məhv edilib, 487 nəfər şikəst olub. Onlardan 76 nəfəri hələ yetkinlik yaşına çatmamışdı. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.

Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Nizami rayon təşkilatının baş təlimatçısı Lamiyə Əhmədova, "Zəngi" liseyinin direktor müavinləri Rəfiyyə Cəbrayılova , Nigar Məmmədova , Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas və başqaları bildiriblər ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi. Azərbaycanın Milli Məclisi tərəfindən Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması barədə qərar qəbul edildi.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyasına başlanılması ilə soyqırımının dünya birliyi tərəfindən tanınmasında böyük irəliləyişə nail olunub. Sonda şagirdlərin hazırladıqları şeirlər səsləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31