Gündəm
Yeni fond yaradılır - Əməyin mühafizəsi ilə bağlı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ölkənin sığorta şirkətləri ilə Əməyin Mühafizəsi Fondunun yaradılması barədə danışıqları davam etdirir. Bunu Trend-in sualına cavab verərkən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
"Anormal mahnılar oxuyurlar" - Nigar biabır etdi
“Eurovision 2011” qalibi Nigar Camal şou-biznesin getdikcə bayağılaşmasından gileylənib. Müğənni “ATV maqazin onlarla” verilişində yeni çıxan sənətçiləri pisləyib: “Ən pisi odur ki, belə mahnılar məşhur olur, insanlar qulaq asır.
İstanbulda ağır qəza
İstanbulda 3 avtomobilin iştirakı ilə ağır qəza baş verib. Məlumata görə, hadisə nəticəsində 3 nəfər həlak olub, daha 10 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Qəzanın baş vermə səbəbləri araşdırılır.
Dağıstanlı nazir ölkədən qaçdı
Evində axtarış aparılan Dağıstanın tikinti və mənzil-kommunal təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra edən İbrahim Qazıbəyov respublikadan qaçıb. Virtualaz.org bildirir ki, bu xəbəri regionun hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən RİA “Novosti” yayıb.
Ermənistanın Haaqadakı diplomatik nümayəndəliyi qarşısında aksiya keçirilib
Azərbaycan-Türk Kültür Mərkəzinin təşkilatçılığı ilə Ermənistanın Niderland Krallığının Haaqa şəhərində yerləşən diplomatik nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, şəhər rəhbərliyi tərəfindən keçirilməsinə son anda icazə verilən aksiyada Azərbaycan, türk və digər xalqların diaspor təmsilçiləri iştirak edib.
Putinin agentindən SENSASİYALI İDDİA
“Ukraynanın kukla hakimiyyəti xarici və daxili siyasətdəVaşinqtonla uyğunlaşdırmadan heç bir strateji qərar qəbul etmir”. Bunu “Ukrayna seçimi – xalqın hüququ” ictimai hərəkatın lideri Viktor Medvedçuk bildirib.
"İdeal"ın Azərbaycan xalqına hörmətsizliyinə SƏRT REAKSİYA: "Qanlı izlər qoyanlara..."
“İdeal” mağazalar şəbəkəsinin 23 fevralda keçirdiyi aksiya sosial şəbəkədə və mətbuatda son günlər ən çox müzakirə edilən mövzulardan birinə çevirildi. Həmin gün ancaq kişi ətirlərinə olan endirim və bunun xüsusi olaraq vurğulanması şirkətin sosial şəbəkə izləyicilərinin ciddi tənqidinə tuş gəldi. Xatırlatmaya ehtiyac olmasa da, qeyd edək ki, 23 fevral sovet ordusunun yaranma günüdür. Məhz həmin ordu tərəfindən yüzlərlə azərbaycanlının həyatı məhv edilib. Xalqımızın yaddaşına acı bir gün kimi iz buraxan belə bir ordunun yaranma günündə “İdeal” mağazasının kişilər üçün aksiya keçirməsini necə izah edəcəyi həqiqətən də maraqlıdır.
Hamı evlənəcəklərini gözləyirdi, amma onlar...
Yaxın zamanda evlənəcəkləri gözlənilən aktyor Ata Demirerlə aktrisa Alara Bozbey ayrılıblar. Sevgililər bir-birini sosial şəbəkədə izləmədən çıxarıb. Ayrılıq açıqlaması verən Alara "Hörmət çərçivəsində ayrıldıq. Geriyə dönüşümüz yoxdur" deyib.
Qonşu ulduzda PARTLAYIŞ olub
Günəş sisteminə ən yaxın olan ulduzda güclü partlayış qeydə alınıb. Məlumata görə, bir qrup amerikalı mütəxəssis Atakama səhrasında yerləşən ALMA teleskopu vasitəsilə Sentavr Proksima ulduzunda güclü partlayışlar müşahidə ediblər.
Əcnəbilərə elektron qaydada viza verilməsi proseduru dəyişib
Xarici İşlər Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə dəyişikliklər edilməsi barədə qərar verib. Məlumata görə, reqlamentə əsasən Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilən bu elektron xidmət Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza (turistlərə verilən elektron viza istisna olmaqla) almaq üçün elektron qaydada müraciətinin və sənədlərinin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsini əhatə edir.
Mingəçevir Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrıldı
Prezident İlham Əliyev Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Oğruların digər əməlləri ifşa edildi
Oğurluq etdiklərinə görə tutulmuş şəxslərin digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiklərinə görə tutulmuş Ələkbər Ələkbərovun və Fərhad Cəfərovun ətraflarında Baş Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların yanvarın 6-dan fevralın 20-dək olan müddətdə rayon ərazisindəki 5 evdən pul, qızıl, gümüş və məişət əşyaları oğurlamaları, habelə 1 evdən oğurluğa cəhd göstərmələri də müəyyən edilib.
Azərbaycanda 24 qanunsuz miqrant saxlanılıb
Dövlət Miqrasiya Xidmətinin (DMX) keçirdiyi tədbirlər zamanı 16 nəfər Hindistan, 5 nəfər Pakistan, 2 nəfər Nepal və 1 nəfər Türkiyə vətəndaşı olmaqla, ümumilikdə 24 nəfər əcnəbi saxlanılıb.
Özünü qatilin həyətində asdı
Daşkəsən rayonunun Əhmədli kənd sakini Mahizər Cəfərovanı qətlə yetirmiş Qorxmaz Bağırov evinin həyətində özünü asıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 25-də Daşkəsən rayonunun Əhmədli kənd sakini Mahizər Cəfərova evində münaqişə zəminində Gəncə şəhər sakini Qorxmaz Bağırov tərəfindən qətlə yetirilib. Fevralın 26-da Q.Bağırov Kəpəz rayonunun Məhsəti qəsəbəsindəki evinin həyətində özünü asıb. Araşdırma aparılır.
Oğlu tərəfindən döyülən ana dünyasını dəyişib
Qaradağ rayonunun Ələt qəsəbəsində yaşayan Cəmil İslamov saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində yaşayan Cəmil İslamov münaqişə zəminində anası Zərnişan Allahverən qızını döyüb.














