Gündəm
Afro-amerikalıların tarixi Fevral ayının təqdimatı
Azərbaycan Dillər Universitetində Regionşünaslıq kafedrası və Bakı Amerika Mərkəzinin birgə təşkilatçılığı ilə afro-amerikalıların tarixi Fevral ayının təqdimatı keçirilib. Tədbiri açıq elan edən Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva fevral ayının hər il ABŞ-da qaradərili insanların tarixi ayı kimi qeyd olunduğunu bildirib və bu ayın banisinin (ata qurucusu) Karter Qudvin Vutson olduğunu sözlərinə əlavə edib: “1960-cı illərin əvvəllərində Alabama ştatının Birmingem şəhərində afrikalı amerikalılar bərabərlik uğrunda mübarizəyə qalxıblar. Martin Lüter Kinq və digərləri dinc nümayişlərə qoşulublar, ancaq polisin nümayişçilərə qarşı gözyaşardıcı qaz və itlərdən istifadə etməsindən sonra bəzi nümayişlər dayandırılıb.
Elxan Poluxoun “Xocalını xatırlayaraq” məqaləsi “EmbassyBrasilia” jurnalında
Azərbaycan Respublikasının Braziliyadakı səfiri Elxan Poluxovun, Braziliyada nəşr edilən “EmbassyBrasilia” jurnalında və mətbu orqanın internet səhifəsində portuqal və ingilis dillərində “Xocalını xatırlayaraq” (Lembrando Khojaly) məqaləsi dərc edilib. Səfirlikdən Olaylar.az- a bildirilib ki, məqalədə, 26 il öncə Xocalı şəhərində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbiçilərinin köməkliyi ilə Erməni silahlı qüvvələri tərəfindən Azərbaycanlılara qarşı törədilmiş soyqırım haqqında ətraflı məlumat verilmişdi. 25-dən 26-na keçən gecə yüzlərlə dinc insanın xüsusi vəhşilik və amanlılıqla qətlə yetirildiyi, mindən artıq girov götürüldüyü bildirilmişdi.
ABŞ-ın Boston şəhərində Xocalı qurbanlarının xatirəsi anılıb
Bostonda oxuyan azərbaycanlı tələbələrinin təşəbbüsü və Azərbaycanın ABŞ-dakı Səfirliyinin dəstəyi ilə Boston şəhərində yerləşən Hilton otelində Xocalı qətliamının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə 60-a yaxın tələbə, azərbaycanlı və türk icmalar, habelə digər yerli nümayəndələr iştirak edib. İştirakçılar arasında Türkiyə Cumhuriyyətinin Bostondakı Baş konsulluğunun nümayəndəsi Kemal Yüksektepe de olub.
Aloe mədə-bağırsaq xəstəlikləri üçün əvəzolunmazdır!
Aloe bir çox müalicəvi xüsusiyyətlərə malik şirəli bitkidir. Onu açıq havada və otaq şəraitində yetişdirmək mümkündür. Aloe əsrlər boyu iltihaba qarşı ən yaxşı vasitələrdən biri kimi tətbiq edilib. Bitkidən müxtəlif formalarda istifadə olunur. Yarpaqlarının əzilərək məlhəm kimi istifadə edilməsi çox faydalıdır.
MY-dən həftəsinə 400 min avro tələb edir
İngiltərənin "Mançester Yunayted" klubunun qapıçısı David De Xeanın rəhbərlikdən maaşının artırılmasını tələb etdiyi barədə xəbərlər yayılıb.
Sətəlcəmin ilk simptomları
Sətəlcəm (pnevmoniya) ağciyərlərin iltihabıdır. Pnevmoniya çox təhlükəli xəstəlik sayılır. Uşaqlarda, yaşlı insanlarda, ağır xroniki xəstəlikləri olan, immun sistemi zəifləmiş insanlarda pnevmoniya ölümə səbəb ola bilər. Bu səbəbdən sətəlcəmin ilk simptomlarını bilmək çox vacibdir.
Çin alimləri xəstəliklərin ani diaqnostikası üçün aparat yaradıblar
Çinin Quancjou şəhərində yerləşən tibb mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanmış yeni qurğu xəstəliklərə diaqnoz qoymağa imkan verir. Sözügedən tibbi aparat süni intellektin köməyi ilə işləyir.
Çərçivəsiz və irəli çəkilən kameraya malik smartfon təqdim edilib
Çinin “Vivo” şirkəti 26 fevral – 1 mart tarixlərində Barselonada keçirilən “MWC 2018” sərgisində “Apex” adlı tamamilə çərçivəsiz konseptual smartfonunu nümayiş etdirib.
“Apple” şirkəti cari ildə üç smartfon təqdim edəcək
"Bloomberg" nəşri öz mənbələrinə istinadən yazır ki, "Apple" şirkəti cari ildə üç smartfon təqdim edəcək.
“Ağıllı” “Canon” işıqlandırıcısı fotoqrafların işini asanlaşdıracaq- VİDEO
“Canon” şirkəti Barselonada keçirilən “MWC” sərgisində fotokameralar üçün süni intellekt texnologiyalarının tətbiqi sayəsində peşəkar fotoqrafların işini sadələşdirəcək çıxarılabilən “ağıllı” işıqlandırıcı təqdim edib.
Yaddaşı möhkəmləndirən QOXU
Aromaterapiya yaddaşı möhkəmləndirməyə kömək edir. Bunu Nortumbriya Universiteti (İngiltərə) alimləri aşkar ediblər. Rosbalt xəbər verir ki, İngiltərə alimləri eksperimentlər zamanı belə nəticəyə gəliblər ki, bibəriyənin qoxusu yaddaşı yaxşılaşdırır. Bunu aşkar etmək üçün alimlər xüsusi yaddaş testləri aparıblar. Testlər əvvəl adi otaqda, daha sonra bibəriyə qoxusu olan otaqda aparılıb. Məlum olub ki, bibəriyənin qoxusu testlərin nəticələrinə təsir edib və nəticələr 7% artıb.
Anası 35 il öncə Xoşqədəmin bədəninə niyə iz qoydu? - Açıqlaması ŞOK ETDİ - VİDEO
Bu gün "Səni axtarıram"ın canlı yayımında aparıcı Xoşqədəm Hidayətqızı şəxsi həyatından növbəti açıqlaması ilə diqqətləri üzərinə çəkib. 44 yaşlı xanım aparıcı 4-cü sinifdə oxuyarkən anasının onu bərk döydüyünü deyib. Xoşqədəm həmin vaxt dizindən aldığı zərbənin izinin bugünə kimi qaldığını bildirib.
Diqqət: Başgicəllənmənin əsl səbəbləri
İnsanların əksəriyyəti bu halla tanışdır. Başgicəllənməsi zamanı insanda onu əhatə edən əşyaların onun ətrafında fırlanması və ya öz bədənin fırlanması hissi yaranır. Buna tibbdə "həqiqi baçgicəllənmə" (vertiqo) deyilir. Bəzən insanlar digər simptomları hiss etdikdə (zəiflik, gözlərin qaralması, halsızlıq və s.) onları səhvən başgicəllənməsi kimi anlayırlar. Lakin bu belə deyil.
Binəli Yıldırım: "Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli labüddür"
Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli labüddür. Məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisində (parlament) Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş fotosərginin açılışında bildirib.
Jurnalistlərinin VII qurultayının keçirilməsi üzrə sənədləşmə işləri yekunlaşır
Azərbaycan jurnalistlərinin VII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi ali məclislə əlaqədar sənədləşmə işlərini yekunlaşdırmaq üzrədir. Bu barədə Mətbuat Şurasından məlumat verilib.














