Elxan Poluxoun  “Xocalını xatırlayaraq” məqaləsi “EmbassyBrasilia” jurnalında

Azərbaycan Respublikasının Braziliyadakı səfiri Elxan Poluxovun, Braziliyada nəşr edilən “EmbassyBrasilia” jurnalında və mətbu orqanın internet səhifəsində portuqal və ingilis dillərində “Xocalını xatırlayaraq” (Lembrando Khojaly) məqaləsi dərc edilib. Səfirlikdən Olaylar.az- a bildirilib ki, məqalədə, 26 il öncə Xocalı şəhərində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbiçilərinin köməkliyi ilə Erməni silahlı qüvvələri tərəfindən Azərbaycanlılara qarşı törədilmiş soyqırım haqqında ətraflı məlumat verilmişdi. 25-dən 26-na keçən gecə yüzlərlə dinc insanın xüsusi vəhşilik və amanlılıqla qətlə yetirildiyi, mindən artıq girov götürüldüyü bildirilmişdi.

Azərbaycan Respublikasının Braziliyadakı səfiri Elxan Poluxovun, Braziliyada nəşr edilən "EmbassyBrasilia" jurnalında və mətbu orqanın internet səhifəsində portuqal və ingilis dillərində "Xocalını xatırlayaraq" (Lembrando Khojaly) məqaləsi dərc edilib.

Səfirlikdən Olaylar.az- a bildirilib ki, məqalədə, 26 il öncə Xocalı şəhərində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbiçilərinin köməkliyi ilə Erməni silahlı qüvvələri tərəfindən Azərbaycanlılara qarşı törədilmiş soyqırım haqqında ətraflı məlumat verilmişdi. 25-dən 26-na keçən gecə yüzlərlə dinc insanın xüsusi vəhşilik və amanlılıqla qətlə yetirildiyi, mindən artıq girov götürüldüyü bildirilmişdi. Müəllif dəhşətli hadisədən 26 il keçsə də Xocalı faciəsini törədənlərin hələdə cəzalandırılmadığı, Azərbaycan torpaqlarının Erməni işğalı altında qaldığı və bir milyona yaxın qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpa edilmədiyini vurğulamışdı.

Məqalədə Xocalı faciəsini Meksika, Peru, Panama ilə yanaşı bir neçə digər Latın Amerika qitəsində yerləşən ölkələrin qanunverici orqanları tərəfindən "Xocalı soyqırımı" kimi tanındığı bildirilmiş, dünya ictimaiyyətini bu cür vəhşiliklərə qarşı vahid mövqe nümayiş etdirməyə və gələcəkdə belə faciələrin təkrarlanmaması üçün Xocalıya Ədalət (www.justiceforkhojaly.org) beynəlxalq hərəkatına qoşulmağa çağırış edilmişdir.

Qeyd olunasıdır ki, "EmbassyBrasilia" jurnalı Braziliyanın ən nüfuzlu yerli və beynəlxalq mətbuat orqanları sıralarındadır və geniş yerli və xarici oxucu kütləsinə malikdir.

Məqalə ilə http://embassybrasilia.com.br/site/remembering-khojaly/ keçid vasitəsi ilə tanış olmaq olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31