Gündəm
Türkiyəli model Ronaldonun bu təklifini rədd etdi
Model Cansu Taşkın verdiyi müsahibələrdən birində maraqlı açıqlamalar edib. 23 yaşlı gözəl futbolçu Kriştiano Ronaldonun onu evinə dəvət etdiyini bildirib:
Azərbaycan-İran istehsalı olan yeni film çəkilib: “Sərhəd, Arpaçay, ayrılıq mahnısı”
“Sərhəd, Arpaçay, ayrılıq mahnısı” adlı filmin ekranlara çıxmasına sayılı günlər qalıb. Yeni ekran əsəri İran və Azərbaycanın birgə istehsalıdır. Yeni filmin rejissoru iranlı Əli Abdalidir. Ötən ilin iyun ayından başlayaraq Azərbaycan-İran sərhədində çəkilmiş filmdə hər iki ölkənin aktyorları rol alıblar. Baş rollardan birini azərbaycanlı aktyor Əmrah Dadaşov ifa edib.
Ağır yol qəzası: 9 ölü
Başqırdıstanda mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 9 nəfər ölüb. MAN markalı yük maşını ilə “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub. Mikroavtobusda 12 sərnişin olub.
5000-dən çox "Audi" geri çağırılır
"Volkswagen Group Rus" şirkəti Rusiyada 5000-dən çox "Audi" markalı avtomobili geri çağırıb. Qərar əlavə qızdırıcı elementin işində yaranan qüsurlarla əlaqədardır. Məlumatda qeyd olunur ki, bu qüsur nadir hallarda qurğuların əriməsinə və yanmaya səbəb ola bilər.
Kazanda silahlı insident: Polis öldürüldü
Tatarıstanın paytaxtı Kazanda silahlı insident baş verib. Hadisə zamanı biri mülki şəxs olmaqla, 3 nəfərin yaralanıb. Hücumu 24 yaşlı gənc həyata keçirib və o, şəhərin cənub istiqamətindən tüfənglə atəş açıb. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri ilə təcavüzkar arasında qarşıdurma yaşanıb. Yaralanan polislərdən biri xəstəxanada dünyasını dəyişib.
Kamil Cəlilovun 80 illiyi qeyd ediləcək
Martın 1-də Beynəlxalq Muğam Mərkəzində qocaman qoboy ifaçısı, Xalq Artisti, “Şərəf” və “Şöhrət” ordenli Kamil Cəlilovun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Tədbirdə sənətkarın ömür yolundan, Azərbaycan milli ifaçılıq sənətinin inkişafı və təbliği istiqamətində gördüyü işlərdən danışılacaq və repertuarında olan musiqilər səsləndiriləcək.
“Çölçü” “Ən yaxşı bədii film” mükafatına layiq görülüb
Rejissor Şamil Əliyevin “Çölçü” filmi 6-cı “Virgin Spring Cinefest” beynəlxalq festivalında fevral ayının “Ən yaxşı bədii film” mükafatına layiq görülüb. Ekran işi “Golden Galaxy Award” mükafatının nominantı statusunu qazanıb. Mükafatın təqdimetmə mərasimi 2018-ci ilin oktyabr ayında Hindistanın Kolkata şəhərindəki Rotary Sadan mərkəzində keçiriləcək.
Gürcüstan silkələndi
Müerreq sənət nümunələrindən ibarət sərgi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində hazırda Bakıda yaşayıb fəaliyyət göstərən iranlı sənətkar Həsən Hadızadənin fərdi sərgisi keçirilib. Olaylar.az bildirir ki, sərgidə müərrəq qədim şərq sənəti nümunələri təqdim olunub. Universitetin professor, müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə çıxışçılar bu ecazkar sənətin tarixindən, təşəkkülü və Azərbaycanda olan nümunələrindən danışıblar.
Məşhur aktyor Bakıda - FOTO
Məşhur türk aktyoru Savaş Özdemir Bakıya gəlib. " İlk dəfədir ki, Azərbaycanda oluram. Bakı həqiqətən gözəl şəhərdir. Sabah " Məlahətli söhbətlər" verilişində çəkiləcəyəm. Bakıya gəlişimin səbəbi də elə bu verilişdir. Onu da deyim ki, bu verilişdə çəkilib Türkiyəyə gələn həmkarlarım sizin sənət adamlarından ürək dolusu danışır.
“Əş-Şəbab”a zərbə
Azərbaycanda zəlzələ
Ermənilərlə aparılan savaşın 3 cəbhəsi var – Səfir
Mən bir diplomat kimi işlədiyim sahədə burada, xüsusilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənovun qaldırdığı və vurğuladığı məsələləri daha dərindən və açıq şəkildə hiss edirəm. Bu sözləri Avropa Azərbaycanlıları Konqresinin Amsterdamda keçirilən qurultayında çıxış edən Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov deyib.
Vaşinqtonda Xocalı qurbanlarına həsr olunan sülh laylası
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalı qətliamının 26-cı ildönümünə həsr olunmuş anım konserti keçirilib. Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) Səfirliyinin dəstəyi ilə Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurası tərəfindən təşkil edilən bu tədbir Azərbaycanın tolerantlıq ənənələrinə sadiqliyinin göstəricisi kimi Vaşinqtonun tanınmış və tarixi ibadət məkanlarından biri olan “Western Presbyterian” kilsəsində keçirilib. Tədbirdə iştirak edən çoxsaylı qonaqlar sırasında Vaşinqtonda akkreditə olunan diplomatik korpus, yerli ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, tələbələr, həmçinin Vaşinqton və onun ətrafında yaşayan soydaşlarımız olub.
Kaliforniyanın Monterey şəhərində Xocalı soyqırımına dair tədbir
ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin Sülh və Ədalət Mərkəzində fevralın 26-da Xocalı soyqırımına həsr olunmuş geniş anma tədbri keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən Qaçarkən” (Running from the Darkness) sənədli filmi nümayiş etdirilib. Qeyd edək ki, sözügedən film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.














