Gündəm

“Gənclərin İqtisadi Platforması” layihəsi başladı

28 Fevral 2018 11:13

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “İRƏLİ” İctimai Birliyinin təşkilati dəstəyi ilə “Gənclərin İqtisadi Platforması” layihəsi başlayıb. “OLAYLAR” xəbər verir ki, “Gənclərin İqtisadi Platforması” layihəsi iqtisadiyyat və biznes sahəsində həyata keçirilən layihədir. Layihənin ana məqsədi gənclərin sahibkarlıq fəaliyyətinə təkan vermək, iqtisadi inkişafına dəstək olmaqdır.

Mühacirləri tanıyan Fərqlilərdən ol !

28 Fevral 2018 11:14

Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhməd 4 ilə yaxındır ki, Türkiyədə bu dövrə aid fotolar, sənədlər toplayır, mühacirlərin ailə üzvləri ilə əlaqələr qurur. Müəllifin 4 il ərzində topladığı materiallar hazırda “Teas Press” Nəşriyyat Evi tərəfindən çap olunan “Fərqlilər” (2015) və “Mühacirlərin dönüşü” (2017) adı ilə çap olunub. Olaylar.az bildirir ki, müəllifin “Fərqlilər” kitabında mühacirlərlə yanaşı Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin həyatı haqqında unikal materiallar təqdim edilib. Əsərdə Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nadir fotoları və məktubu, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, İsmayıl bəy Qutqaşınlı, Cəlil Məhəmmədquluzadə, Məhəmməd Səid Ordubadi, Əmin Abid Gültəkin, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Nuru paşa, Salman Mümtaz və digər görkəmli şəxsiyyətlərin həyatı haqqında maraqlı məlumatlar verilib.

Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət sahələri müəyyənləşir

28 Fevral 2018 11:11

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun yaradılması nəzərdə tutulub. Agentliyin Kommunikasiya və İnformaisya Texnologiyaları şöbəsindən “OLAYLAR”-a bildirilib ki, nizamnaməsi və strukturu hazırlanmaqda olan İnstitut qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmalar aparacaq, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsi həyata keçirəcək, qida təhlükəsizliyi sahəsində normativ-texniki aktların layihələrini hazırlayacaq,qida məhsullarına dair beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqi, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərəcək.

İspaniya mətbuatı: “Qarabağ” üçün həyat daha çətin olacaq”

28 Fevral 2018 11:07

Avrokubokda format dəyişikliyi ikinci dərəcəli futbol ölkələrinin klubları üçün vəziyyəti kritikləşdirib. Bunu İspaniya mətbuatı gələn mövsümün dəyərləndirməsi zamanı yazıb. Bildirilir ki, həm Çempionlar Liqasında (ÇL), həm də Avropa Liqasında (AL) baş verən dəyişiklik “böyük beşlik” ölkələrindəki komandaların ürəyincə olub.

Tikilməkdə olan yaşayış binalarında monitorinq edilmiş işçilərin sayı açıqlanıb

28 Fevral 2018 11:05

Bakıda tikilməkdə olan çoxmənzilli yaşayış binalarında qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması məqsədilə "ASAN xidmət"in Əmək Münasibətlərinin Monitorinq Mərkəzi tərəfindən indiyə kimi monitorinq olunmuş işçilərin sayı açıqlanıb. Xidmətin Monitorinq Mərkəzi şöbəsinin müdiri Fariz Cəfərov bildirib ki, monitorinq olunmuş işçilərin sayı 1641 nəfərdir.

DTX yeni akkreditasiya qaydasını  təsdiqləyib

28 Fevral 2018 11:04

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı müəssisə, idarə və təşkilatların dövlət sirri təşkil edən məlumatların mühafizəsi üzrə məsul rəhbərlərinin bilik və bacarığının qiymətləndirilməsi üçün dövlət attestasiyasının keçirilməsi Qaydaları”nı təsdiq edib.

Şimali Koreya ilə bağlı ŞOK İDDİA: Suriyanı...

28 Fevral 2018 11:00

Şimali Koreya Suriyaya kimyəvi silah istehsalında istifadə olunacaq materiallar göndərib. Bu iddia “Nyu York Tayms” qəzeti tərəfindən Birləşmiş Millətlər Təşkilatı Sanksiya Komitəsinin hələ ki, yayımlanmayan sənədlərinə istinadən ortaya atılıb.

21 yaşlı qızın qaçırılmasının təfərrüatı: “Ən dəhşətlisi də budur ki…”

28 Fevral 2018 10:55

Ağcabədidə 21 yaşlı qızın qaçırılması ilə bağlı bəzi məqamlar məlum olub. Rayon sakinlərinin verdiyi məlumata görə, qaçırılan 21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir:

Tramp İrana görə HƏRƏKƏTƏ KEÇDİ: ərəb şahzadələri ilə...

28 Fevral 2018 10:55

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadələri ilə telefonla danışıb. Bu barədə Ağ Evdən yazılı açıqlama verilib. Açıqlamada Trampın hər iki telefon danışığında İranın regiondakı sabitliyi pozmaq üçün hərəkətə keçdiyinə diqqət çəkib.

Çindən Suriyaya BÖYÜK DƏSTƏK - 40 milyon

28 Fevral 2018 10:41

Çin höküməti tərəfindən Suriyaya humanitar yardım göstərilib. Bu barədə mətbuata Çin Xalq Respublikasının Suriyadakı səfiri Si Syanszin məlumat verib. Səfir bildirib ki, humanitar yardım məqsədilə Çin Suriyaya 5,4 min ton düyü göndərib. Səfir çıxışında rəsmi Pekinin Suriya torpaqlarında ədalətin bərpasında maraqlı olduğunu və bu istiqamətdə fəal rol oynamağa səy göstərdiklərini də qeyd edib:

Yayda toyları olacaq

28 Fevral 2018 10:27

Umkanı Şəhanə əvəz etdi

28 Fevral 2018 10:17

Türkiyə Fransanın Afrin yalanını ÜZƏ ÇIXARTDI

28 Fevral 2018 10:12

"Fransa mətbuatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Emmanuel Makronun telefon söhbəti zamanı Afrin məsələsi haqqında fikirlərini təhrif ediblər". Bu sözləri Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy jurnalistlərə açıqlamasında bildirib. Fransa prezidentinin ofisindən yayılan bəyanatda Türkiyə prezidenti ilə telefon söhbəti zamanı Makronun Suriyadakı insanların, xüsusilə Afrin sakinlərinin vəziyyətinə dair fikirlər səsləndirildiyi qeyd olunub.

ABŞ-dan Türkiyəyə SƏRT İTTİHAM: "Tövsiyə edirik ki..."

28 Fevral 2018 10:11

"Atəşkəs rejimi bütün Suriya şamil olunur. Türkiyə BMT-də qəbul edilən layihəni ətraflı və daha diqqətli oxumalıdır". Bu sözləri ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Hezer Nauert deyib. O bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasının ötən dəfə "Humanitar yardımların göstərilməsi məqsədilə 30 günlük atəşkəs elan edilməsi" qərarı bütün Suriyanı əhatə etdi.

Sumqayıt hadisələrindən 30 il ötür

28 Fevral 2018 09:34

Sumqayıt hadisələrinin 30 ili tamam olur. 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı olub. Sumqayıt hadisələri erməni millətçiləri tərəfindən təşkil edilib. İğtişaşların baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.