Gündəm

Azərbaycan “Eurovision”a görə 3 mahnı alıb

28 Fevral 2018 12:08

Azərbaycan may ayında Lissabonda keçiriləcək "Eurovision" səhnəsində səsləndirəcək mahnısını mart ayında təqdim edəcək. 31 ölkədə yaşayın 300 nəfərin səsverməsi ilə müəyyənləşən  Aysel Məmmədovanın (Aisel) ifa edəcəyi musiqi artıq  seçilib.   87 faiz səslə 3 mahnıdan biri qalib elan edilib. Lakin sözügedən bəstələrdən (ana dilində yazılmış etnik çalarlı musiqi, pop və caz) hansının lider olduğu barədə məlumat verilməyib. 

Suriyada 8 milyard xərclədik, ancaq elə mədən aldıq ki… - İran

28 Fevral 2018 12:07

İran bütün pullarını İraq və Suriyada xərcləməyib. Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı Möhsün Rzayi söyləyib. “Biz 8 illik savaşda sadəcə 22 milyard dollar xərcləmişik. İranın bütün pullarını Suriya və İraqa göndərdiyi məlumatları yalandır.

Soltan Soltanlının əsəri Beynəlxalq Karikatura Müsabiqəsində

28 Fevral 2018 12:05

Makedoniyada keçirilən 4 – cü Beynəlxalq Karikatura Müsabiqəsinin sərgisi açılıb. Olaylar.az bildirir ki, müsabiqənin  mövzusu “Evlilik: öncə və sonra” olub. Yarışmaya bütövlükdə 40 ölkədən 155 rəssam 430 əsərlə qatılıb. Müsabiqədə ölkəmizi tanınmış rəssam Soltan Soltanlı təmsil edib. Sərgi zamanı nümayiş olunan 100 əsər içərisində həmyerlimizin əsəri “Ən yaxşı işə görə” mükafatına layiq görülüb.

38 ədəd kol, 21 ədəd ağac kəsdi – Təbiətə 8510 manat məbləğində ziyan vurdu

28 Fevral 2018 12:01

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi  nəzarət etdiyi İmişli rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib. Olaylar.az bildirir ki, reyd zamanı İmişli rayon Əliyetməzli kəndi ərazisində, Kür çayının mühafizə zonasında 0,30 ha yaşıllıq sahəsində yaşköküstə 38 ədəd yulğun kolunun və 16-50 sm diametrliyində 21 ədəd qovaq və söyüd  ağaclarının kəsildiyi aşkar edilib.

ABŞ bazasında müəmmalı bağlama: 11 nəfər zəhərləndi

28 Fevral 2018 12:01

Vaşinton yaxınlığında yerləşən hərbi bazalardan birinə müəmmalı bağlama göndərilib. Bağlama açıldıqdan sonra 11 nəfərin xəsarət aldığı bildirilib. Hərbçilərdən üçündə əl və üz hissədə yanıqlar müşahidə edilib, daha bir nəfərin isə burnundan qan açılıb. Xəstəxanaya çatdırılan hərbçilərin vəziyyətinin stabil olduğu bildirilib.

“Zeytun budağı” əməliyyatı 40 –cı günündə

28 Fevral 2018 11:59

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu  tərəfindən Suriyanın Afrin şəhərində həyata keçirilən “Zeytun budağı” hərəkatının 40-cı günüdür. Olaylar.az bildirir ki, əməliyyat çərçivəsində 2184 terrorçu məhv edilib.

Ermənilər yeni ərazi işğal edir: Qara dənizə çıxış…

28 Fevral 2018 11:49

Abxaziyadakı ermənilərə ABŞ və Rusiyadakı erməni lobbisi böyük dəstək verir. Bu iddia ilə Gürcüstanın “Asaval Dasavali” qəzeti çıxış edib. Məqalədə qondarma rejimdəki ermənilərin Abxaziya iqtisadiyyatının 80%-nə nəzarət etdiyini yazıb: “Üstəlik, burada etnik ermənilərin sayı gözlənilmədən artır.

Başqa kişi ilə görüşən qardaşı arvadını öldürdü - Video

28 Fevral 2018 11:43

Antaliyada boşanma məhkəməsindən 1 gün öncə qırğız əsilli 34 yaşlı qardaşı arvadı Katerina Çetini boğaraq öldürən qaynının ilk ifadəsi alınıb.  Qadın ifadəsində "Qardaşıma xəyanət edirdi" deyib. 

“Rusiya ABŞ-ın havada üstün olmasına mane olur” - Pentaqondan ETİRAF

28 Fevral 2018 11:39

“Rusiyanın Yaxın Şərqdəki zenit-raket kompleksləri ABŞ-a havada üstün olmağa mane olur”. Bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının başçısı, general Cozef Votel Konqresin Nümayəndələr Palatasının silahlı qüvvələr üzrə komitəsində bildirib. Votelin təqdim etdiyi sənədə əsasən, ABŞ üçün ən böyük təhdidlər olan İran, Rusiya və Çin Vaşinqtonun lider mövqeyinə zərbə vura bilər. “Regionda Rusiyanın zenit-raket komplekslərinin sayının artırılması bizim hava məkanında üstün olmaq imkanını təhlükə altına qoyur”, - məruzədə deyilir.

Çexiyada qripdən 50 nəfər ölüb

28 Fevral 2018 11:23

Çexiyada son aylarda qripdən 50 nəfər dünyasını dəyişib. 200 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Vəfat edənlərdən 43 nəfərin yaşı 60-dan yuxarıdır. Fevralın əvvəlindən ölkədə qrip epidemiyası elan edilib.

Məşhur aktyordan qadınlarla bağlı İNANILMAZ SÖZLƏR: "Cüt nüvəli..."

28 Fevral 2018 11:20

Tanınmış aktyor Mərd Fərat qadınların kişilərdən daha zəkalı olduğunu deyib.  Star TV-də yayımlanan “Ufak Tefek Cinayetler” serialının sevilən qəhrəmanı və Birləşmiş Millətlər İnkişaf Proqramının Xoşməramlı Səfiri Mərd Fərat Türkiyə Qadın Sahibkarlar Assosiasiyası üzvləri ilə səhər yeməyində görüşüb.

ABŞ elan etdi: "Kosmosdan zərbələr endirəcəyik"

28 Fevral 2018 11:18

Kosmosda müharibə bir neçə il sonra başlayacaq. Bunu ABŞ Hərbi Hava Assosiasiyasının simpoziumunda çıxışı zamanı Hərbi Hava Qüvvələrinin Qərargah rəisi Devid Qoldfeyn söyləyib. Onun sözlərinə görə, amerikalılar təcili kosmik məkanda üstünlük əldə etməlidirlər: “Biz bir neçə il sonra kosmosdan zərbələr endirə biləcəyik. Bu yeni mübahisəli əraziyə biz nəzarət etməliyik. Bunu bizdən ölkə istəyir”.

ABŞ qırıcısı havada buz bağladı: "pilotu don vurdu"

28 Fevral 2018 11:17

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus EA-18G Qrovler təyyarəsi uçuş zamanı şiddətli donvurmaya məruz qalıb. Bu barədə “Defans Nyus” informasiya yayıb. Hadisə Sietl şəhərindən 90 kilometr aralıda 7600 metr yüksəklikdə baş verib. Təyyarə Vaşintondakı Uidbi-Aylend bazasından Kaliforniyadakı Çayna-Leyk bazası istiqamətində hərəkət edib.

Atəşkəsin pozulması halları artır

28 Fevral 2018 11:15

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub.

Göygöldə daha bir yol yenidən qurulur

28 Fevral 2018 11:14

Ölkə boyu avtomobil yollarında aparılan genişmiqyaslı yenidənqurma işləri Göygöl rayonundan da yan keçməyib.  Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, bu il həyata keçiriləcək 63 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 353-cü km-də ayrılan yerli əhəmiyyətli Çaylı-Pənahlılar-Dozular yoludur.