“Zeytun budağı” əməliyyatı 40 –cı günündə
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən Suriyanın Afrin şəhərində həyata keçirilən “Zeytun budağı” hərəkatının 40-cı günüdür. Olaylar.az bildirir ki, əməliyyat çərçivəsində 2184 terrorçu məhv edilib.
28 Fevral 2018 11:59 DünyaTürkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən Suriyanın Afrin şəhərində həyata keçirilən "Zeytun budağı" hərəkatının 40-cı günüdür.
Olaylar.az bildirir ki, əməliyyat çərçivəsində 2184 terrorçu məhv edilib.
TSQ və ASO terrorçuların havanın kəskin yağışlı və çənli olmasından istifadə edərək girə biləcəyi hər yeri bombardman və təzyiq altında saxlayıb. Birləşmiş qüvvələrin növbəti hədəfi Afrin bölgəsindəki terrorçuların Hatay sərhədi ilə qurudan təmasının kəsilməsi və "təhlükəsizlik hilalı"nın yaradılmasıdır. Hərəkat havadan qırıcılar, qurudan isə tank atışları ilə davam etdirilir.