Soltan Soltanlının əsəri Beynəlxalq Karikatura Müsabiqəsində
Makedoniyada keçirilən 4 – cü Beynəlxalq Karikatura Müsabiqəsinin sərgisi açılıb. Olaylar.az bildirir ki, müsabiqənin mövzusu “Evlilik: öncə və sonra” olub. Yarışmaya bütövlükdə 40 ölkədən 155 rəssam 430 əsərlə qatılıb. Müsabiqədə ölkəmizi tanınmış rəssam Soltan Soltanlı təmsil edib. Sərgi zamanı nümayiş olunan 100 əsər içərisində həmyerlimizin əsəri “Ən yaxşı işə görə” mükafatına layiq görülüb.
28 Fevral 2018 12:05 MədəniyyətMakedoniyada keçirilən 4 - cü Beynəlxalq Karikatura Müsabiqəsinin sərgisi açılıb. Olaylar.az bildirir ki, müsabiqənin mövzusu "Evlilik: öncə və sonra" olub. Yarışmaya bütövlükdə 40 ölkədən 155 rəssam 430 əsərlə qatılıb.
Müsabiqədə ölkəmizi tanınmış rəssam Soltan Soltanlı təmsil edib. Sərgi zamanı nümayiş olunan 100 əsər içərisində həmyerlimizin əsəri "Ən yaxşı işə görə" mükafatına layiq görülüb.
Qeyd edək ki, bir sıra beynəlxalq mükafatların sahibi olan S.Soltanlının bu günlərdə Bakıda rəngkarlıq əsərlərindən ibarət "İrrealizm" adlı sərgisi açılıb.