Göygöldə daha bir yol yenidən qurulur
Ölkə boyu avtomobil yollarında aparılan genişmiqyaslı yenidənqurma işləri Göygöl rayonundan da yan keçməyib. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, bu il həyata keçiriləcək 63 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 353-cü km-də ayrılan yerli əhəmiyyətli Çaylı-Pənahlılar-Dozular yoludur.
28 Fevral 2018 11:14 SosialÖlkə boyu avtomobil yollarında aparılan genişmiqyaslı yenidənqurma işləri Göygöl rayonundan da yan keçməyib. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, bu il həyata keçiriləcək 63 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 353-cü km-də ayrılan yerli əhəmiyyətli Çaylı-Pənahlılar-Dozular yoludur.
Çaylı-Pənahlılar-Dozular avtomobil yolu çınqıl örtüklü olduğu üçün gediş-gəlişdə yaşanan çətinliklər yolun yenidən qurulması ilə geridə qalacaq, ən əsası magistral yola çıxış əldə olunmaqla 3 yaşayış məntəqəsinin hər birinə müasir infrastruktur, rahatlıq və abadlıq gələcək.Bununla da yol boyu yaşayan 3 min nəfər əhalinin gediş-gəlişi həm təhlükəsiz olacaq, həm də xeyli rahatlaşmaqla yük və sərnişin daşıması asanlaşacaq. Bu amillər isə kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə vətəndaşların sosial rifahının yüksəlməsinə səbəb olacaq.
Layihəyə əsasən 18 km uzunluğa malik olan yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun yenidən qurulur, yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Bununla əlaqədar olaraq yolun yararsız qruntu qazılaraq çıxarılır, yararlı çınqıl materialı tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşasından sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 100 min kv.m-dən çox sahəni əhatə edəcək.