Gündəm

Tərtərdə Yeni  Olimpiya İdman Kompleksi tikiləcək

28 Fevral 2018 12:56

Tərtər rayonunda yeni Olimpiya İdman Kompleksinin (OİK) təməlqoyma mərasimi keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə nazir Azad Rəhimov, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və digər rəsmilər iştirak ediblər.Tədbirdə çıxış edən Azad Rəhimov deyib ki, hazırda ölkədə 43 OİK fəaliyyət göstərir. Nazir bu  il ölkəmizdə daha iki- Lənkəran və Beyləqan OİK-in də istifadəyə veriləcəyini diqqətə çatdırıb.

“JW Wedding Studio”nun açılış mərasimi keçirilib

28 Fevral 2018 12:54

JW Marriott Absheron Baku Oteli “JW Wedding Studio” Toy şousunun təntənəli açılış mərasimini keçirib. Açılışda toyların planlaşdırılması və təşkili ilə bilavasitə əlaqəsi olan dost və partnyorlar iştirak edib. Tədbir Azərbaycanda toy bazarının inkişafına yönəlmiş layihələrə həsr olunub. Canlı musiqi ilə qarşılanan qonaqlara şampan və yüngün qəlyanaltılar təklif olunub. Tədbir çərçivəsində qonaqlara yeni vebsayt kimi işləmələr, otel və partnyorlardan eksklüziv təklifləri olan loyallıq proqramı kimi özündə ehtiva edən  toy proyektləri haqqında təqdimat nümayiş etdirilib.

“Bakcell”ə Papaq at və hədiyyə al! Misilsiz Novruz kampaniyası!

28 Fevral 2018 12:53

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti hər il olduğu kimi bu il də öz abunəçilərini Azərbaycan xalqının ən sevimli bayramlarından biri olan Novruz bayramında bol-bol hədiyyələrlə sevindirir.

Sarayda  caz musiqisi səslənəcək

28 Fevral 2018 12:52

Aprelin 21-də Heydər Əliyev Sarayında tanınmış caz ifaçılarının konsert proqramı keçiriləcək. Olaylar.az bildirir ki, “jAzzeri Bands” caz musiqisi axşamında bəstəkar, ustad caz musiqiçi, Əməkdar İncəsənət Xadimi Cəmil Əmirov, Azərbaycan tar ifaçılıq məktəbinin gənc və istedadlı nümayəndəsi, beynəlxalq festival, müsabiqələrin qalibi peşakar tarzən Şəhriyar İmanov (tar), Nərmin Kərimbəyova, Elvin Bəşirov, Leys İzzy və H3 Collective iştirak edəcəklər.

Turizm şirkətləri Musiqili Teatrda

28 Fevral 2018 12:50

Azərbaycan Dövlət Musiqili Teatrı turizm şirkətləri ilə əməkdaşlıq barədə ötən il start verdiyi layihəni bu il də uğurla davam etdirir. Olaylar.az bildirir ki,  Teatrın rəhbərliyi ilə ölkədə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin nümayəndələri "dəyirmi masa" arxasında görüş keçirib.

Hatayda əhali terrorçu ovuna çıxdı

28 Fevral 2018 12:49

Hatayın Kırıkhan rayonunda Amanos dağlarından mərkəzə keçmək istəyən terrorçularla jandarma arasında baş vermiş silahlı qarşıdurmada bir terrorçu öldürüldü. Olaydan xəbərdar olan yerli camaat ov tüfəngləri ilə rayonun mühüm nöqtələrində terrorçu axtarışına çıxdı. Hüquq mühafizə orqanlarının bölgədə genişmiqyaslı əməliyyat başladılmasından sonra insanlar evinə dönüb.

Türkiyə Səudiyyə Ərəbistanına İHA SATACAQ

28 Fevral 2018 12:43

Türkiyənin STM hərbi təyinatlı texnika istehsalçısı ilə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi arasında bu ölkəyə İHA (İNSANSIZ UÇAN APARAT) satışı haqqında danışıqlar yekunlaşmaq üzrədir. Kamikadze İHA-ların satışına ən yaxın zamanda start verilə bilər. STM müdiri Davut Yılmaz hal-hazırda Səudiyyə Ərəbistanı Krallığı ilə bir çox hərbi texnika istehsalı və satışı ilə əlaqədar danışıqların yekunlaşmaq üzrə olduğunu ifadə edib.

Bakıda 4 milyonu ələ keçirən dələduza iş kəsildi

28 Fevral 2018 12:38

Bakıda vətəndaşı qanunsuz azadlıqdan məhrum etməkdə və dələduzluqda təqsirli bilinən Çingiz Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Çingiz Abdullayev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Tələbəni döyə-döyə öldürən şəxs özünü təqsirli bilmədi

28 Fevral 2018 12:36

Bakıda qətl törətməkdə təqsirləndirilən Rəşad Həsənov və Aftandil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirilən təqsirləndirilən Rəşad Həsənov özünü təqsirli bilməyib. Digər təqsirləndirilən Aftandil Məmmədov isə qismən özünü təqsirli bilib. Daha sonra təqsirləndirilən şəxsin vəkili Ülkər Yusifova işlə tanış olmadığı deyib. Bunun üçün məhkəmədən vaxt istəyib.

Etdiyi zarafata görə həbs edildi

28 Fevral 2018 12:35

Misirin ən məşhur qadın müğənnilərindən olan Şirine Əbdülvahab, Nil çayı ilə bağlı zarafat etdiyinə görə 6 aylıq həbsə məhkum edilib. Məlumata görə, konsertlərin birində pərəstişkarları xanım müğənnidən "Heç Nil suyundan içdinizmi?" deyə soruşublar.

Anar Nağılbazın başına görün nə iş gəldi

28 Fevral 2018 12:32

Bir müddət əvvəl keçmiş həyat yoldaşı tərəfindən təhdid olunan tanınmış reper Anar Nağılbazın səhhəti qəfildən pisləşib. Əldə etdiyimiz məlumata görə, Nağılbazı özünə gətirmək üçün təcili yardım maşını çağırılıb. Hazırda reperin ev şəraitində müalicə aldığı deyilir.

Efirdə QALMAQAL - VİDEO

28 Fevral 2018 12:28

Ötən gün Lider TV-də yayımlanan "Evimin qonaqları" verilişində maraqlı anlar yaşanıb. Verilişin qonağı müğənni Gülay Zeynallı olub. Aparıcı Sərxan Kərəmoğlu xanım müğənninin həyat yoldaşı, idmançı Kamil Zeynallıya efirdə zəng edib. O, idmançıdan son günlər müğənni Maral Tahirqızının videolarını paylaşmasının səbəbini öyrənmək istəyib. 

Əfqanıstan Talibanı tanımağa hazırdır - Qani

28 Fevral 2018 12:26

Əfqanıstan Talibanı tanımağa hazırdır. Bunu jurnalistlərə açıqlamasında Əfqanıstan Prezidenti Əşrəf Qani söyləyib. “Hökumət taliblərə və ailələrinə pasport verməyə, onların liderlərinin üzərindən sanksiyaları götürməyə hazırıq.

Prezident İlham Əliyev Misir səfirinin etimadnaməsini qəbul edib

28 Fevral 2018 12:21

Prezident İlham Əliyev fevralın 28-də Misirin Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimin etimadnaməsini qəbul edib.

Azərbaycanda İNANILMAZ OLAY: Dərmanlar mədəsini deşdi və...

28 Fevral 2018 12:19

Azərbaycan Tibb Universitetində 81 yaşlı ağır xəstənin mədəsindəki perifriotrik dəlik uğurla tikilib. ATU-nun mətbuat xidmətindən  verilən məlumata görə, III cərrahi xəstəliklər kafedrasında ağır xəstə üzərində 3 saat davam edən əməliyyat uğurla başa çatıb.