Tərtərdə Yeni  Olimpiya İdman Kompleksi tikiləcək

Tərtər rayonunda yeni Olimpiya İdman Kompleksinin (OİK) təməlqoyma mərasimi keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə nazir Azad Rəhimov, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və digər rəsmilər iştirak ediblər.Tədbirdə çıxış edən Azad Rəhimov deyib ki, hazırda ölkədə 43 OİK fəaliyyət göstərir. Nazir bu  il ölkəmizdə daha iki- Lənkəran və Beyləqan OİK-in də istifadəyə veriləcəyini diqqətə çatdırıb.

Tərtər rayonunda yeni Olimpiya İdman Kompleksinin (OİK) təməlqoyma mərasimi keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə nazir Azad Rəhimov, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və digər rəsmilər iştirak ediblər.Tədbirdə çıxış edən Azad Rəhimov deyib ki, hazırda ölkədə 43 OİK fəaliyyət göstərir. Nazir bu  il ölkəmizdə daha iki- Lənkəran və Beyləqan OİK-in də istifadəyə veriləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, Tərtər Olimpiya İdman Kompleksinin tikintisi "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulub. Kompleksin 2019-cu ildə istifadəyə verilməsi planlaşdırılıb. Kompleksin tikintisini Azərbaycan şirkəti olan "Xəzər inşaat" MMC-i icra edəcək. Kompleksin tikintisi məqsədi ilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən 4 hektar torpaq sahəsi ayrılıb. İnşa ediləcək Olimpiya İdman Kompleksinin Tikintialtı sahəsi 7320 m2, ümumi sahəsi 10792 m2, yaşıllıq sahəsi 27624 m2, abadlıq sahəsi 5057 m2-dir. Əsas idman kompleksi binası 6 hissədən (blokdan) və 1,2 və 3 mərtəbələrdə ibarət olmaqla aşagıdakı göstəricilərə malikdir: Tərtər Olimpiya İdman Kompleksininin hazırlanmış baş planına əsasən ərazidə 1000 nəfərlik  tamaşaçı tribunası olan Futbol stadionu, Mini-futbol meydançası, Voleybol - basketbol meydançaları inşa ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31