Gündəm
Həcc ziyarətinə getmək istəyənlərin sayı 350-ə çatıb
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 350 insan müraciət edib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) xəbər yayıb. Bildirilib ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 350 insan Həcc ziyarətinə getmək üçün müraciət edib. QMİ-dən onu da bildiriblər ki, müraciət edənlər arasında hələ ki təkrar Həcc ziyarətinə getmək istəyən yoxdur. Əvvəlki illərdə təkrar gedənlərin sayı isə 12 nəfər olub.
Yavuz Bingöl xəstəxanaya yerləşdirilib
“Zerda”, “Karagül” filmləri ilə məşhurlaşan türkiyəli aktyor, musiqiçi Yavuz Bingöl xəstəxanaya yerləşdirilib. Bu barədə aktyor özü jurnalistlərə açıqlama verib: “Dünən axşam evdə ağrılarım məni rahatsız etdi.
"Dünya mətbuatının Xocalı faciəsinə yer ayırması səbəbsiz deyil "
Xocalı soyqırımına dünyanın müxtəlif ölkələrindən reaksiyalar gəlməkdədir. O cümlədən müxtəlif ölkələrin kütləvi informasiya vasitələri Xocalı hadisələri ilə bağlı obyektiv reallığı əks etdirən məqalələr dərc edirlər.
İranda genişmiqyaslı fəhlə etirazları, azərbaycanlılar da küçələrə çıxdılar
İranın bir sıra əyalətlərində, o cümlədən Mərkəzi Azərbaycan və Loristan bölgələrində işçilər əmək haqlarının gecikdirilməsinə etiraz olaraq tətilə, habelə küçə aksiyalarına başlayıb.
“Münaqişənin alovlanması əslində NATO və ABŞ-ın maraqları ilə üst-üst düşür”
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç Azərbaycan, Rusiya və Ermənistanda seçkilərdən sonra Qarabağda müharibə olacağı barədə siqnal verirsə, o zaman Vaşinqton münaqişənin həll edilməsində daha çeviklik nümayiş etdirərək problemin sülh yolu ilə həll edilməsi üçün səylərini göstərməlidir.
Səməd Səmədovdan keçmiş həyat yoldaşına sərt cavab
Ötən gün xalq artisti Səməd Səmədovun birinci həyat yoldaşı Zərifə xanım uzun illərdən sonra ortalığa çıxıb, dəhşətli açıqlamalar edərək müğənnini bir sıra ailə məsələlərində ittiham etdi.
Zaur efirdə qolunu Tellinin boynuna keçirib, sinəsinə sıxdı - Ağ maya ... - VİDEO
"5/5"in aparıcı Zaur Kamalın canlı yayımda növbəti hərəkəti tamaşaçıları və qonaqları təəccübləndirib. Aparıcı efirdə qonağı olan Telli Borçalının əyləşdiyi divana yaxınlaşaraq, qolunu aşıq xanımın boynuna keçirərək sinəsinə sıxıb.
"Onu qız olanlar gizlətsinlər ki, hələ ərə getməyiblər" - Nura Suri - VİDEO
ARB Ulduz-un "Şou-məkan" proqramının növbəti qonağı müğənni Nura Suri olub. İlk olaraq, yeni imici ilə müzakirə mövzusuna çevrilən müğənni hazırkı saç şəklini və rəngini daha çox bəyəndiyini etiraf edib: "Bunlar hamısı, sadəcə olaraq, məndən çoxdandır dəyişiklik gözləyənlərə bir ismarış idi. Fikirlər də müxtəlif oldu. Qara saçlarımı da bəyənənlər oldu, həmçinin qısa saçlarla da bağlı fikirlər oldu. Özümə yaraşan və bəyəndiyim isə məhz sarı saçlardır. Bu gün gördüyünüz kimi buruq formaya salmışam.
Səidə Dadaşova erotik klipindən danışdı- VİDEO
Orada soyunan mən deyiləm. ARB TV-nin "Sayqa ilə bu axşam" verilişinin qonağı olan müğənni Səidə Dadaşova maraqlı açıqlamalar verib. O, 5-6 il öncə çəkdirdiyi klip haqda yaranan qalmaqallar haqda fikir bildirib: "O klipi çəkdirəndə bu haqda heç müzakirə olmadı.
Dünya daha bir əfsanəsini itirdi
İspaniya futbol tarixinin ən yaxşı forvardlarından biri olan, “Quini” ləqəbi ilə tanınan Enrike Kastro 68 yaşında vəfat edib. Məşhur futbolçu keçirdiyi infarkt nəticəsində həyata vida edib. Quininin bir zaman fromasını geyindiyi “Barselona” klubu məşhur futbolçusu üçün “Kamp Nou” mirasını əsla unutmayacaq” mesajı yayımlayıb. Quini “Sportinq Qiyon” forması ilə çıxdığı 443 matçda 231, “Barselona” forması ilə çıxdığı 100 matçda 54 qol vurub.
Azərbaycanlı müğənni əcnəbi iş adamının qızı ilə nişanlandı - VİDEO
Gənc müğənni Orxan Babazadə nişanlanıb. Bu barədə müğənni özü "5/5"də etiraf edib.
Martın ilk günü hava necə olacaq?
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
“Uşağım polisin köməyi ilə dərsə gedir...” - Məktəbdə nə baş verir?
Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 22 nömrəli tam orta məktəbin direktoru şagirdi köynəyinin üzərindən jilet geymədiyi üçün döyüb. Bu barədə məktəbin 9-cu sinif şagirdi Rauf Oruclunun valideyni Nahid Orucov məlumat verib. Onun sözlərinə görə, 2-ci qrup əlil olduğu üçün işləyə bilmir: “Uşağımın məktəb geyməyə şalvarı, köynəyi var. Məktəbə Azər Ələkbərov təzə direktor təyin olunandan sonra uşağın jiletinin olmamasını problem etdi. Dekabrda məni məktəbə çağırdılar. Kasib adam olduğumu və jileti almağa imkanım olmadığını bildirdim. Direktor mənə dedi ki, uşağın epilepsiyası var və bura sizinçün xəstəxana deyil. Uşağını apar başqa yerdə, ya da, rayonda məktəbə yerləşdir.
“İki Suriya” və 5 HƏDƏF - ABŞ-ın yekun planı BƏLLİ OLDU
Yeddi ildir qanlı qarşıdurmaların davam etdiyi Suriyada proseslərin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi aydın olmağa başlayıb. Amerikanın döyüş təyyarələrinin Fərat çayının qərbindən şərqinə keçməyə çalışan Rusiya gücləri və Suriya hökumətinə bağlı qüvvələri vurmasından sonra Fəratın şərqi ilə qərbi arasında “iki Suriya” yaradacaq “qırmızı xətt” faktiki olaraq çəkilmiş olub.
Bakıda “Microsoft” İnnovasiya Forumu keçiriləcək
Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə bu gün Bakıda “Microsoft” İnnovasiya Forumu keçiriləcək. “OLAYLAR” xəbər verir ki, forum ən müasir texnoloji yenilikləri əhatə edəcək və bir çox IT şirkətləri və startapları bir araya toplayacaq.














