“Münaqişənin alovlanması əslində NATO və ABŞ-ın maraqları ilə üst-üst düşür”
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç Azərbaycan, Rusiya və Ermənistanda seçkilərdən sonra Qarabağda müharibə olacağı barədə siqnal verirsə, o zaman Vaşinqton münaqişənin həll edilməsində daha çeviklik nümayiş etdirərək problemin sülh yolu ilə həll edilməsi üçün səylərini göstərməlidir.
28 Fevral 2018 13:35 SiyasətABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç Azərbaycan, Rusiya və Ermənistanda seçkilərdən sonra Qarabağda müharibə olacağı barədə siqnal verirsə, o zaman Vaşinqton münaqişənin həll edilməsində daha çeviklik nümayiş etdirərək problemin sülh yolu ilə həll edilməsi üçün səylərini göstərməlidir. Bu fikirləri politoloq Zaur Məmmədov deyib. O qeyd edib ki, münaqişənin alovlanması əslində NATO və ABŞ-ın maraqları ilə üst-üst düşür. Politoloq vurğulayıb ki, İran və Rusiya arasında Qərbin hərbçilərinin görünməsi istisna deyil: "Hesab edirəm ki, bu çox ciddi və regionun təhlükəsizliyi ilə bağlı olan bir məsələdir. Ona görə də Rusiya və İran həyəcan təbili çalaraq Ermənistanı sıxışdırmalıdırlar". Z. Məmmədov əlavə edib ki, əks halda bu onların dövlət təhlükəsizliyi məsələsi ola bilər.
Qeyd edək ki, ötən gün R. Kozlariç Ermənistan mətbuatına açıqlamasında bildirib ki, seçkidən sonra Qarabağda hərbi əməliyyatlar başlaya bilər. Digər tərəfdən isə o, münaqişənin danışıqlar yolu ilə həllinə imkan yarana biləcəyini də deyib. Azadinform.az