Gündəm
Yaqub Mahmudov: “Türk dünyasını qafalarda birləşdirmək lazımdır”
“Bütün məsuliyyətimlə bəyan edirəm ki, ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. Ermənilərin gəlmə olduğunu mənbələr və “tarixin atası” Herodot təsdiq edir”.
Azərbaycan cəmiyyəti sabitlik və davamlı inkişaf yolunu seçəcək
Prezident seçkiləri getdikcə yaxınlaşır. Demək olar ki, bir ay sonra ölkədə növbəti dəfə prezident seçkiləri keçiriləcək. Müasir Azərbaycanın siyasi həyatına mühüm tarixi hadisə kimi həkk olacaq bu seçkilərdə Azərbaycan xalqı özünün yeni prezidentini seçəcək. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə ölkənin bir nömrəli postuna seçiləcək şəxs 5 deyil, 7 il bu vəzifələri icra edəcək. Çünki sonuncu ümumxalq səsverməsindən (referendum) sonra ölkədə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb. Beləliklə, aprelin 11-də baş tutacaq prezident seçkilərinin qalibi növbəti yeddi il müddətində dövlətə, xalqa ləyaqətli xidmət missiyasını yerinə yetirəcək.
Bakıda silahlı şəxs saxlanılıb
Sabunçu rayonunda üzərlərində qanunsuz olaraq odlu silah-sursat saxlayan və ya gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə ardıcıl uğurlu əməliyyat tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, Maştağa qəsəbə sakini İmran Cavadov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb.
DİM buraxılış sinifləri üçün inşa yazılarına tələblərini açıqlayıb
Dövlət İmtahan Mərkəzi 9-cu və 10-cu sinif şagirdlərinin buraxılış imtahanlarında inşa yazıları üçün tələbləri və mövzular üzrə nümunələri açıqlayıb. Qurumdan “Olaylar”a verilən məlumatda göstərilir ki, hər iki buraxılış siniflər üzrə inşanın (essenin) qiymətləndirilmə meyarları müəyyənləşib.
Deputat yenidən sədr seçildi
Milli Məclisin deputatı Novruz Aslanov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin qurultayında yenidən qurumun prezidenti seçilib. “Olaylar” xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə həmçinin iki vitse-prezident də təyin edilib. Bunlar Qafar Əsgərzadə və Rövşən Əliyevdir.
Ağ Evin Suriyadakı çirkin sirri açıldı
Suriyanın şimalında və Afrində nəzarəti əlində saxlayan kürd ünsürlər PKK-nın Suriya qolunu təşkil edir. ABŞ ordusunun istəyi ilə adını YPG-dən SDQ-ə çevirib və bu təşkilat tabeliyindəki bütün ünsürlər Qəndildə yerləşən PKK rəhbərliyinə hesabat verir. Bu barədə məşhur ABŞ yazıçısı Roy Qatmanın “ABŞ-ın Suriyadakı kirli sirri: Əsədlə de-fakto ittifaq” adlı məqaləsində yazılıb.
Qonşunun arvadına aşiq olanı daşqalaq etdilər
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının Əfqanıstandakı bölməsi növbəti edam görüntülərini yayıb. İŞİD-in "Xorasan vilayəti" adlandırdığı "əraziyə daxil bölgə" elan etdiyi Əfqanıstanda bir qrup terrorçu "qonşunun arvadına aşiq olan və zinakarlıq edən"i daşqalaq edərək qətlə yetiriblər.
Xudatda ev sahibi qonağını öldürdü
Xudatda həmyerlisini öldürməkdə təqsirli bilinən Bəxtiyar Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Sənaye üsulu ilə hazırlanan süd məhsulları orqanizmdə hansı problemlər yaradır?
Sənayeləşmənin, texnika, texnologiyanın sürətlə inkişaf etməsi bir sıra mal və məhsulları zəhmət çəkmədən, asan yolla əldə etmək imkanı yaradır. Artıq vəziyyət o həddə çatıb ki, kəndli də əksər ərzaq məhsulları, hətta süd və qatıq kimi ağartı məhsullarını marketlərdən əldə edir.
Tibbi sığorta insan sağlamlığının qorunmasının təminatlı bir formasıdır
Müstəqillik illərindən sonra terminologiyamıza gələn yeni sözlərdən biri də tibbi sığorta oldu. Düzdür, sovetlərin zamanında da hər bir müttəfiq respublikada olduğu Azərbaycanda da sığorta yığımı, sistemi mövcud idi və bu sistem ümumi məna kəsb edirdi. Yəni, avtomobil, mənzil, tibbi sığorta deyə kateqoriyalar yox idi.
Azərbaycanlılar 63 ölkəyə vizasız gedə bilər
"Henley&Partners" şirkəti müxtəlif ölkələrin vətəndaşları üçün hərəkət azadlığı dərəcəsini nümayiş etdirən pasport reytinqini dərc edib. Bu reytinqdə 75-ci yeri tutan Azərbaycan pasportu 63 ölkəyə vizasız səfər etmək hüququ verir. Reytinqdə 45-ci olan Rusiya pasportu 114 ölkəyə vizasız səfər etmək hüququ verir. Türkiyə 110 reytinqlə (vizasız səfərin mümkün olduğu ölkələrin sayı) 49-cu, Gürcüstan 100 reytinqlə 54-cü, Ermənistan 59 reytinqlə 78-ci, İran 38 reytinqlə 98-ci pillədə qərarlaşıb.
İnsanlar bu tarixdə yadplanetlilərlə əlaqə yaradacaq
Bəşəriyyət cari yüzillikdə yadplanetlilərlə əlaqə yaradacaq. Bu iddia ilə əslən yaponiyalı olan nəzəriyyəçi-fizik Mitio Kaku çıxış edib. Fizikin fikrincə, insanlar radiosiqnalları dinləyərək əsrin sonuna yaxın yadplanetli sivilizasiyanı aşkar edəcəklər. Ancaq alim düşünür ki, ünsiyyəti qaydaya salmaq ağır olacaq.
Türk ordusuna ağır zərbə
Türk ordusunun ağır zərbələr endirdiyi YPG terrorçuları üçün ABŞ və İsrail aviasiyası havadan dəstək verməyi planlaşdırır. Bu barədə “Yerusalem Post”da Raçel Avraham imzalı yazı dərc olunub. Müəllif İrandan Aralıq dənizinə açılacaq yolun bağlanması üçün Türkiyənin varlığına baxmayaraq, YPG-nin dəstəklənə biləcəyini bildirib.
Kim Çenin saxta pasportu üzə çıxdı - Foto
Şimali Koreya lideri Kim Çen İnin Qərb ölkələrindən viza ala bilmək üçün saxta Braziliya pasportu düzəltdirdiyi üzə çıxıb. Kim Çen İn və atası Kim Çen İl 90-cı illərdə viza almaq üçün saxta pasport düzəltdirib.
Lavrov: "Rusiya bunun uğrunda vuruşacaq!"
Rəsmi Moskva Suriya ordusunu dəstəkləməyə davam edəcək. Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
.jpg)













