Gündəm

Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar keçirilir

28 Fevral 2018 15:32

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Bakıda Şimali Atlantika Alyansının Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən seminar keçirilir.

Avtomat satan şəxs tutuldu

28 Fevral 2018 15:30

Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinə Bayıl qəsəbəsi ərazisində Abzər adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması, gəzdirməsi və satmaq istəməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən (DİN) “Olaylar”a verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Abzər Abzərov saxlanılıb.

Azərbaycanda 11 miqrant saxlanıldı

28 Fevral 2018 15:27

Dövlət Miqrasiya Xidmətinin qanunsuz miq­ra­siyaya qarşı keçirdiyi təd­birlər za­ma­nı 5 nə­fər Hindistan, 3 nəfər Pakistan, 2 nə­fər Banqladeş və 1 nəfər Əfqanıstan və­­tən­da­şı olmaqla, ümumilikdə 11 nə­fər əcnəbi sax­­­la­nılıb.

“Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” mövzusunda seminar keçirilib

28 Fevral 2018 15:25

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Quba rayonunda “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” mövzusunda seminar keçirib. Müvafiq mövzuda məlumatlandırma məqsədi daşıyan seminarda bölgədə fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri, ayrı-ayrı müəssisələrin qadın işçiləri iştirak edib.

Qazaxıstan nümayəndə heyəti üçün təqdimat keçirilib

28 Fevral 2018 15:21

Əmək və sosial müdafiə sahəsində ölkəmizdə aparılan islahatlar və bu sahədə yaradılmış müasir və şəffaf sistemlərlə tanış olmaq məqsədilə Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti üçün sığorta-pensiya sisteminə aid təqdimat keçirilib.

Avropa Azərbaycanlıları Konqresinin VI Qurultayı başa çatıb

28 Fevral 2018 15:17

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı ilə Niderland Krallığının Amsterdam şəhərində AAK-ın VI (növbədənkənar) qurultayı panel iclaslarıyla işini davam etdirib. Qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Fuad İsgəndərov, Niderlanddakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev, Avropa ölkələrindəki diaspor nümayəndələri, ölkəmizin bir sıra aparıcı media qurumlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Sovet senzurasının qadağan etdiyi film nümayiş olunacaq

28 Fevral 2018 15:16

Martın 1-də  Nizami Kino Mərkəzi və “Ədibin Evi”nin birgə təşkil etdiyi “Bir Ailə” bədii filminin təqdimatı keçiriləcək. Olaylar.az bildirir ki, təqdimat Nizami Kino Mərkızində olacaq. Nizami Kino Mərkəzi və “Ədibin Evi” Mir Cəlalın 110 illik və Qara Qarayevin 100 illik yubileyləri münasibəti ilə Azərbaycan mədəniyyətinin görkəmli xadimlərinin birgə ərsəyə gətirdiyi “Bir Ailə” bədii filminin təqdimat mərasimini keçirəcəkdir. Film 1943-cü ildə Bakı Kinostudiyasında istehsal edilmiş və II Dünya Müharibəsində qələbə naminə Azərbaycan neftinin rolu və Azərbaycan xalqının vətənpərvərliyindən bəhs edir. Filmin ssenari müəllifi Mir Cəlal, bəstəkarı Qara Qarayev, rejissorları Mikayıl Məmmədov, Rza Təhmasib və Qriqori Aleksandrovdur.

Karabük Universitetində Xocalı soyqırımı qurbanları anıldı

28 Fevral 2018 15:15

Fevralın 27-də Türkiyənin Karabük Universitetində Azərbaycan Tələbə Təmsilçiliyinin və KADER-in (Kadın və Demokratiya Klubu)  Xocalı soyqırımına həsr etdiyi  konfrans və fotosərgi keçirilib. Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycanın və Türkiyənin himnləri səsləndirilib.

İşçi qanunla hər gün neçə saat işləməlidir?

28 Fevral 2018 15:12

Son vaxtlar bəzi özəl şirkətlərdə işçilərin qanunvericilikdə nəzərdə tutulan iş saatından artıq işlədilməsi halları müşahidə olunmaqdadır. Belə hallara tikinti, kənd təsərrüfatı və iaşə xidməti sahələrində daha çox rast gəlinir. Hətta işçilərin istirahət və bayram günlərində işə cəlb edilməsi halları qeydə alınmaqdadır.

Dünyanın 10 ən varlı şəhəri - SİYAHI

28 Fevral 2018 15:11

"New World Wealth" araşdırma mərkəzi dünyanın ən varlı şəhərlərinin siyahısını açıqlayıb. Sakinlərinin gəlirlərinə, sərvətlərinə əsasən tərtib olunan siyahıda ABŞ-ın əhalisi 8,5 milyon nəfərdən çox olan Nyu York şəhəri 3 trilyon dollarla ilk sıradadır.

Xocalı şəhidlərinə qarşı tərbiyəsizlik - Leyla Yunus bunu da etdi - VİDEO

28 Fevral 2018 15:09

ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında iştirak edən azərbaycanlı deputatlar anti-Azərbaycançı Leyla Yunusdan Xocalı qurbanları barədə nə üçün danışmadığını soruşublar.

Azərbaycanda seçicilərin dəqiq sayı məlum oldu

28 Fevral 2018 15:06

Azərbaycanda vahid seçici siyahısı dəqiqləşdirilərək yenidən tərtib edilib. Məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov bildirib ki, Azərbaycanda səsvermə hüququ olan 5 milyon 192 min 42 şəxs var. Onun sözlərinə görə, MSK 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsi cari il martın 3-nə qədər başa çatdırılması qərara alınıb. N.Məmmədov əlavə edib ki, Azərbaycanda seçicilərin sayı 0.6 faiz, yəni 28 792 nəfər artıb.

Radikal dini qruplaşmaların Azərbaycanla bağlı planları baş tutmur

28 Fevral 2018 15:03

Azərbaycan multikulturalizm, dini dözümlülük baxımından dünyaya nümunə göstərilə bilən ölkələr sırasındadır. Bunu tək ölkəmizdə bu sahədə mövcud  olan şərait yox, eyni zamanda burada azad və müstəqil şəkildə, heç bir basqı görmədən öz inanclarını həyata keçirən və Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsi olan digər dinlərin nümayəndələri də açıq şəkildə etiraf edirlər.

Azərbaycanın gələcəyi çox parlaq olacaq

28 Fevral 2018 14:55

Bu günlərdə İraq Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya Azərbaycanda səfərdə olub. Bakıda olduğu müddət ərzində bir sıra görüşlər keçirən, siyasi partiyalarda olan Riyaz Sarıkahya media nümayəndələri ilə də görüşüb hazırda hazırda İraqda mövcud olan vəziyyətə nəzər salıb.

Azərbaycan Universitetində “Sağlam bir dünya üçün yaşıl enerji” müsabiqəsi

28 Fevral 2018 14:52

Azərbaycan Universitetinin dəstəyi ilə həyata keçirilən “Sağlam bir dünya üçün yaşıl enerji” mövzusunda müsabiqə enerji səmərəliliyinin artırılması və effektivliyinin təmin olunması, o cümlədən alternativ və bərpa olunan enerji mənbələrinin səfərbər edilməsinin təbliğatına yönəlmiş yeni  bir addım oldu. Gənc tədqiqatçılar üçün innovativ ideya platforması olan müsabiqə tələbə, magistrant, doktorant və dissertantların  intellektual potensialının ortaya çıxarılması və formalaşmasına xidmət edir.