Gündəm
Oğuzda 4 min əhalinin gediş-gəlişi asanlaşacaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən sistemli fəaliyyət çərçivəsində Oğuz rayonu Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. “OLAYLAR”-a Agentlikdən bildirilib ki, 17.5 km uzunluğa malik olan avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. 6 metr hərəkət hissə, 2 metr çiyinlər olmaqla yolun eni 10 metr təşkil edəcək. Başlanğıcını respublika əhəmiyyətli R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yolundan götürən yerli əhəmiyyətli yol torpaq və çınqıl örtüklüdür. Bu üzdən 4 yaşayış məntəqəsində yaşayan 4 min nəfər əhalini gediş-gəlişində çətinliklər olur. Lakin yolun yenidən qurulması bu çətinlikləri geridə qoyacaq. Hazırda yol boyu yeni yol yatağının inşası işləri aparılır. Buna paralel olaraq mövcud suötürücü boruların yenilənməsi və zəruri olan yerlərdə yenilərinin inşası işləri də görülür. Bu işlərə uyğun müxtəlif diametrli 200 metr uzunluğunda yeni dəmir-beton suötürücü borunun quraşdırılması nəzərdə tutulub.
İrandan narkotik gətirilməsinin qarşısı alınıb
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran ərazisindən Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi sərnişin avtobusuna baxış keçirilib.
Qadına qızıllarını satdırdı, axırda... - Çılpaq şəkillə şantaj
Bakıda qadını şantaj etməkdə təqsirli bilinən Ağcabədi rayon sakini Rakif Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Gürcüstan prezidenti bir nəfər Azərbaycan vətəndaşını əfv edib
Gürcüstan prezidenti Qeorgi Marqvelaşvili əfv fərmanını imzalayıb. Dövlət başçısının fərmanı ilə 116 nəfər məhbus əfv olunub. Əfv olunanlardan biri də Azərbaycan Respublikasının vətəndaşıdır.
Türkiyənin baş naziri Azərbaycana gəlir
Türkiyənin baş naziri Binali Yıldırım və xarici işlər naziri Mövlud Çavuşoğlu gələn ay Azərbaycana səfər edəcək. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, səfərin məqsədi martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak etməkdir.
Hüquq-mühafizə orqanlarının uğurlu əməliyyatı
Ölkədə qanunsuz olaraq odlu silah saxlayan və gəzdirən şəxslərə qarşi mübarizə tədbirləri gücləndirilib. Son vaxtlar belə şəxslərə qarşı hüquq-mühafizə orqanları tərəfindən bir sıra uğurlu əməliyyatlar keçirilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz sıralarında 370 mindən çox üzvü və 25 minə yaxın könüllünü birləşdirir
Fevralın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) XXV baş məclisi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, dövlət və hökumət nümayəndələri, AzQAC-ın üzvləri iştirak ediblər.
Musiqili Teatrının kollektivi ölkə başçısına təşəkkür etdi
Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi ölkə prezidenti, cənab İlham Əliyevə təşəkkür məktubu ilə müraciət edib. Məktubda deyilir: “Möhtərəm cənab Prezident! Sizin 22 fevral 2018-ci il tarixli Fəxri adlara görə aylıq təqaüdlərin artırılması barədə Sərəncamınız, eləcə də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması barədə Fərmanınız bizə - incəsənət xadimlərinə yüksək qiymətinizin bariz nümunəsidir. Fəxri adlara layiq görülmüş sənətkarların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə imzaladığınız bu Sərəncam qəlbimizdə fərəh hissi doğurur.
Sibel Canın evsiz qoyduğu nənəsi öldü
Sibel Canın alzeymer xəstəsi olan nənəsi 92 yaşında dünyasını dəyişib. Məlumata görə, məşhur müğənni Sibel Canın nənəsi bu gün torpağa tapşırılacaq. Sibel Can Qaragömrükdə yerləşən əmlakını satışa çıxarıb. Buna görə xəstə nənəsi və dayısı da evsiz qalıb.
Yağışa düşən ana körpəsindən çətir kimi istifadə etdi
“Sarkisyan diplomatı Qarabağa azərbaycanlıların qayıdacağına inandırmağa çalışdı” - Mübariz Əhmədoğlu
Ermənistan prezidenti S. Sarkisyan Qarabağ əsilli azərbaycanlı diplomatı azərbaycanlıların Dağlıq Qarabağa qayıdacağına inandırmağa çalışıb. “Siz ola bilər şübhələnirsiniz. Amma azərbaycanlılar Dağlıq Qarabağa və ətraf rayonlara qayıdacaq”.
Tanınmış müğənnimiz Kibariyəni Azərbaycana bu qiymətə gətirdi - VİDEO
Türkiyənin tanınmış müğənnisi Kibariyənin Azərbaycana hansı qonorar müqaibilində gəldiyi bəlli olub. Məlumata görə, “Show time” verilişinə qonaq olan müğənni Zenfira İbrahimova bildirib ki, ona türkiyəli ulduzu Bakıya gətirmək elə də ucuz başa gəlməyib: “Əslində xərcin hamısını özüm çəkdim.
ABŞ-ın Suriya kürdlərini dəstəkləməsinin arxasındakı gizli məqamlar
İkinci dünya müharibəsindən sonra ötən dövr ərzində Amerika Birləşmiş Ştatları ilə Türkiyə çox yaxın dostluq münasibətlərində olmuş və demək olar ki, bütün sahələr üzrə səciyyəvi əməkdaşlıq nümunəsi göstərmişlər. Amerika ilə münasibətlər Türkiyənin xarici siyasətində mühüm yer tutaraq iqtisadi, hərbi, təhlükəsizlik və hümanitar sahələri əhatə etmişdir.
Tolerantlıq Azərbaycanın əvəzsiz sərvətidir
“Bu gün dünyada ölkəmiz azərbaycançılıq ideyalarına əsaslanan, multukultral, tolerantlıq və həmrəylik nümunəsi qəbul olunur”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva səsləndirib. O, bildirib ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası ölkəmizin inkişafında başlıca amillərdən biridir: “Tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir.
Makedoniya Prezidenti Azərbaycana gələcək
Makedoniya Respublikasının Prezidenti George İvanov mart ayında Azərbaycana səfər edəcək. “OLAYLAR” xəbər verir ki, səfərin məqsədi martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak etməkdir. G.İvanovun forum çərçivəsində Çinin siyasətinə həsr olunan panel müzakirələrdə çıxışı nəzərdə tutulub.







.jpg)






