Tolerantlıq Azərbaycanın əvəzsiz sərvətidir
“Bu gün dünyada ölkəmiz azərbaycançılıq ideyalarına əsaslanan, multukultral, tolerantlıq və həmrəylik nümunəsi qəbul olunur”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva səsləndirib. O, bildirib ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası ölkəmizin inkişafında başlıca amillərdən biridir: “Tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir.
28 Fevral 2018 15:34 Sosial"Bu gün dünyada ölkəmiz azərbaycançılıq ideyalarına əsaslanan, multukultral, tolerantlıq və həmrəylik nümunəsi qəbul olunur". "OLAYLAR"-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva səsləndirib. O, bildirib ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası ölkəmizin inkişafında başlıca amillərdən biridir: "Tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir. Tolerantlıq sadəcə insanların birgə yaşam tərzini müəyyənləşdirən mədəni-psixoloji amil deyil, həmçinin cəmiyyətdə və bütün dünyada regional, hətta qlobal səviyyədə sülhün bərqərar olunması üçün mühüm vasitədir". Millət vəkili deyib ki, qloballaşmadan kənarda qalmayan ölkəmiz bu prosesdə məhz öz inkişaf yolunu, özünəməxsus dəyərlərini əsas götürərək gələcəyə doğru inamla addımlayır: "Dünyada gedən proseslər onu göstərir ki, radikallaşma, ekstremizm, terrorizm, münaqişə və miqrasiya bir-birinə bağlı olan anlayışlardır. Multikulturalizmi bir dəyər sisteminə çevirmiş Azərbaycanda çoxmədəniyyətliliyin inkişafı istiqamətində aparılmış məqsədyönlü siyasətin nəticəsində bu gün müxtəlif mədəniyyətlərin təmsilçiləri Azərbaycanın siyasi, iqtisadi və mədəni elitasında təmsil olunur, ölkənin həyatında əsaslı dəyişikliklər və inkişaf prosesində yaxından iştirak edirlər. Azərbaycanın tolerant mühiti ölkədə multikulturalizm və dözümlülük dəyərlərinin fövqündə ölkəmizi bütün dini və siyasi baxışlara sahib, müxtəlif mədəniyyətlərə mənsub xalqların vahid dialoq mərkəzinə çevirir".