Gündəm

USAİD rəsmisi Azərbaycana maliyyə yardımının azalacağı ilə bağlı məlumatlara münasibət bildirib

28 Fevral 2018 16:58

"ABŞ-ın növbəti maliyyə ili üçün büdcəsi ilə bağlı hələlik qərar verilməyib. Ona görə də Azərbaycana ediləcək yardımın azaldılacağı ilə bağlı konkret şərh verə bilmərəm".   Məlumata görə, bunu Xaçmazda səfərdə olan USAİD-in rəhbərinin Avropa və Asiya üzrə müavini Brok Birman növbəti ilin büdcəsində USAİD-in Azərbaycana maliyyə dəstəyinin azaldılacağı ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

Astarada qanunsuz meşə materialı aşkarlanıb

28 Fevral 2018 16:56

Astarada qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, nazirlik əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, gizli və oğurluq yollarla daşınması hallarının qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirilir.

Misirdə iki sərnişin qatarı toqquşdu - 10 ölü

28 Fevral 2018 16:55

Misirin Boheyra əyalətində iki sərnişin qatarı toqquşub. Məlumata görə, hadisə nəticəsində azı 10 nəfər həlak olub.

Silahı polisə təhvil verdi

28 Fevral 2018 16:53

Nardaran qəsəbə sakini odlu silahı polisə könüllü olaraq təhvil verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, həyata keçirilən profilaktiki tədbirlər nəticəsi olaraq Sabunçu rayonunun Nardaran qəsəbə sakini Afət Əlizadə qundağı kəsilmiş “TOZ-16” markalı tüfəngi və 9 ədəd patronu könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.

Ağstafa sakinini güllələyən tutulub

28 Fevral 2018 16:51

Ağstafa şəhər sakini Rauf Niyazova tüfəngdən açdığı atəşlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıb.

İsmayıllıda turizmin inkişafı təşviq olunur

28 Fevral 2018 16:48

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Bu istiqamətdə növbəti işgüzar forum fevralın 28-də İsmayıllı rayonunun Qalınçaq kəndində təşkil olunub.

Elmar Məmmədyarov Şahbaz Quliyev və Dilqəm Əsgərov məsələsini qaldırdı

28 Fevral 2018 16:46

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Cenevrə Bölməsinə rəsmi səfəri çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb.

Fond rəsmisi: "Hesablama Palatası 12 bankın ləğvetmə prosesi ilə bağlı yoxlama aparıb"

28 Fevral 2018 16:44

"Hesablama Palatası 12 bankın ləğvetmə prosesi və Əmanətlərin Sığortalanması Fondunun ləğvetmə prosesində fəaliyyəti ilə bağlı yoxlama aparıb". Bunu ləğv prosesində olan "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini Vüqar Abdullayev deyib.

Nazir: “Suriyadan olan erməni əsilli qaçqınlar...r”

28 Fevral 2018 16:45

BMT-nin Cenevrə bölməsinə rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşüb. XİN-dən “Olaylar”a veriilən məlumata görə, nazir Azərbaycanda qaçqın və məcburi köçkünlərə BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı tərəfindən göstərilən humanitar yardımın, eləcədə təşkilatla ölkəmizin əməkdaşlığının cari durumunu yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Regional proqramlar Qərb bölgəsində uğurla icra edilir

28 Fevral 2018 16:33

Artıq 14 ildir ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ölkədə uğurla icra edilir.  Məhz bu proqramların uğurlu icrası ölkənin simasını başdan-başa dəyişib,  Azərbaycanın hər bir sahədə inkişafına təkan verib.

İstanbulda əhaliyə çağırış edildi: "Qorxudan mənzərə” 

28 Fevral 2018 16:28

İstanbulda havanın kəskin soyuyacağı gözlənilir. Meteoroloqlar şəhərdə temperaturun gecədən etibarən aşağı düşəcəyini və mənfi 3-5 dərəcə arası dəyişəcəyini bildirib. Kəskin hava şəraiti ilə bağlı şəhər əhalisinə xəbərdarlıq edilib. Hava şəraitinin gecə saatlarında daha da pisləşməsi ilə əlaqədar yolların buz bağlaması təhlükəsinə qarşı əhali ehtiyatlı olmağa çağırılıb.

Putin Rusiya üçün artan təhlükədən danışdı

28 Fevral 2018 16:26

Rusiya Prezidenti Vladimir Putinlə Daxili İşlər naziri Vladimir Kolokoltsev arasında keçirilən görüşdə narkotiklərin qanunsuz dövriyəsi məsələsi müzakirə edilib. Bu barədə RİA informasiya yayıb. “Narkotiklərin qanunsuz dövriyəsi dövlətimiz və cəmiyyət üçün ciddi təhlükə olaraq qalır. Biz hazırda nazirimizlə bu məsələ barəsində danışdıq. Bu cinayətlərin həcmi əhəmiyyətli dərəcədə olmasa da, artır”, - Putin bildirib.

Əfv sərəncamı nə vaxt imzalanacaq?

28 Fevral 2018 16:23

Ola bilsin, əfv sərəncamı Novruz bayramında deyil, 28 May ərəfəsində açıqlansın. Bu sözləri Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Ölkədə iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir

28 Fevral 2018 16:22

“2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişməkdədir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyiu xəbərə görə, bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov səsləndirib.

Qazax və Ağstafanın içməli su təchizatı yaxşılaşdırılıb

28 Fevral 2018 16:20

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Qazax və Ağstafa rayonlarında həyata keçirilən layihələr uğurla yekunlaşıb. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Qazax rayonunun Kəmərli kəndində keçirilən açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb.