USAİD rəsmisi Azərbaycana maliyyə yardımının azalacağı ilə bağlı məlumatlara münasibət bildirib
"ABŞ-ın növbəti maliyyə ili üçün büdcəsi ilə bağlı hələlik qərar verilməyib. Ona görə də Azərbaycana ediləcək yardımın azaldılacağı ilə bağlı konkret şərh verə bilmərəm". Məlumata görə, bunu Xaçmazda səfərdə olan USAİD-in rəhbərinin Avropa və Asiya üzrə müavini Brok Birman növbəti ilin büdcəsində USAİD-in Azərbaycana maliyyə dəstəyinin azaldılacağı ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.
28 Fevral 2018 16:58 Siyasət"ABŞ-ın növbəti maliyyə ili üçün büdcəsi ilə bağlı hələlik qərar verilməyib. Ona görə də Azərbaycana ediləcək yardımın azaldılacağı ilə bağlı konkret şərh verə bilmərəm". Məlumata görə, bunu Xaçmazda səfərdə olan USAİD-in rəhbərinin Avropa və Asiya üzrə müavini Brok Birman növbəti ilin büdcəsində USAİD-in Azərbaycana maliyyə dəstəyinin azaldılacağı ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.
"Lakin ümid edirik ki, proqramları və Azərbaycanla əməkdaşlığımızı davam etdirəcək, bu gün gördüyümüz nəticələri gələcəkdə də görə biləcəyik. Bugünkü nəticələr iki ölkə arasında əməkdaşlığın gücünü göstərir", - deyə o bildirib. USAİD rəsmisinin sözlərinə görə, Azərbaycanda dövlət qurumları ilə faydalı müzakirələr aparıb, müxtəlif proqramlar müzakirə edilib: "İnanırıq ki, yaxşı nəticələr olacaq. Münasibətlərin qurulması vacibdir. Ümid edirəm ki, Azərbaycanda bir sıra nazirliklərlə münasibətlər quracağıq". Apa.az