Gündəm
"Eriksen sözünü meydanda deyir"
"Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen Avropanın böyük klublarının maraq dairəsindədir. Bu məsələyə münasibət bildirən danimarkalı havbekin agenti Martin Şuts bunları deyib: "Söz-söhbətlərə xüsusi şərh vermirəm.
Mustafa Dənizli həbs oluna bilər
Tanınmış türkiyəli məşqçi Mustafa Dənizli həbs oluna bilər. Məlumata görə, buna səbəb həyat yoldaşı Evin Elçinin onun barəsində şikayət etməsidi. Maraqlıdı ki, ilk olaraq Dənizli özü məhkəməyə müraciət edib.
Şou-biznesin yalan danışan ulduzları
Şou-biznes ulduzları hər zaman açıqlamaları ilə gündəmə gəlirlər. Bəzən onların dedikləri gerçəkləşir, bəzən isə elə deyildiyi kimi sözdə də qalır. Son günlər isə bir neçə məşhur vaxtilə səs-küy yaradan açıqlamasının piar xatirinə olduğunu etiraf edib.
Türkiyə sahillərində yük gəmisində partlayış: ölən və yaralanan var
Türkiyənin Sinop limanının sahillərində quru yük gəmisində partlayış olub. Məlumata görə, hadisə gəminin qazanxanasında qeydə alınıb. Qəza nəticəsində bir nəfərin öldüyü, digərinin xəsarət aldığı bildirilir.
İstanbulda əməliyyat - 29 terrorçu saxlanıldı
İstanbulda polisin həyata keçirdiyi əməliyyat nəticəsində İŞİD terror təşkilatının 29 üzvü saxlanılıb. Bütün saxlanılanlar xarici vətəndaşlardır.
İndi də alıcıları belə aldadırlar
Bakıda gediş-gəlişin çox olduğu yerlərdə piştaxtasını quran satıcılar məhsulunu satmaq üçün yeni bir üsula əl atıb. Malın önünə qoyduqları qiymət uzaqdan 1 manat görünsə də, yaxınlaşan zaman baha olduğu aydınlaşır. Məsələn, əgər meyvənin qiyməti 1 manat 80 qəpikdirsə, satıcılar lövhədə 1 manatı böyük hərflərlə yazır. Aşağıdan isə balaca hərflərlə 80 qəpik sözlərini qeyd edirlər.
Məktəbli qızla cinsi əlaqədə olub, 18+ görüntülərini İnstaqram-da paylaşdı - FOTO
Türkiyədə bir məktəbli qızın sosial şəbəkədə çılpaq fotolarını paylaşan iki şəxs tutulub. Məktəbli G.A. onunla cinsi əlaqədə olaraq İnstaqram-da çılpaq fotolarını paylaşdıqları iddiasıyla şikayətçi olduğu S.Ş. (20) həbs olunub, İ.Ö. (20) isə sərbəst buraxılıb.
"Azərbaycanda uşaqlara seriallardakı adların qoyulması halları artıb"
Azərbaycanda son dövrlərdə yeni doğulan körpələrə xarici serial qəhrəmanlarının adlarının qoyulması halları artıb. Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. Onun sözlərinə görə, son dövrlərdə uşaqlara Türkiyə türkcəsindən alınmış adlar çox verilir. Lakin bu adlar verilərkən Azərbaycan ədəbi dilinin normalarına riayət edilir: "Türkiyə türkcəsində "e" ilə yazılan adlar bizdə "ə" ilə yazılır. Məsələn, Əsma adı son dövrlərdə qız uşaqlarına çox qoyulur. Oğlan uşaqlarına da Sinan, Kamran, Səmral və s. adlar çox qoyulur".
Xamneyinin nümayəndəsi ermənilərə lənət oxudu
Ermənistan mətbuatı İran İslam Respublikasının Ali Liderinin Ərdəbil üzrə nümayəndəsi Seyid Həsən Amilinin Xocalı soyqırımı ilə bağlı fikirlərini təhrif edib.
Əfqanıstan prezidenti "Taliban"la danışıqlara gedir?
Əfqanıstan prezidenti Əşrəf Qəni ölkədə təhlükəsizliyin təmin olunması üçün “Taliban” qruplaşmasını sülh danışıqlarında iştirak etməyə çağırıb. Məlumata görə, Ə.Qəni bu çağırışı 20-dən çox ölkə və beynəlxalq təşkilatın iştirak etdiyi 2-ci Kabil Sülh Konfransı zamanı edib. Prezident elan edib ki, hökumət danışıqlarda iştirak etmək niyyətində olan "Taliban" nümayəndələrinin təhlükəsizliyini təmin edəcək.
Həsən Ruhani: “Heç bir dövlət İranı tutduğu yoldan döndərə bilməz”
İran milli maraqlarını qoruyaraq ordusunu inkişaf etdirəcək və bunun üçün heç kimdən icazə almayacaq.
Azərbaycan vətəndaşı Ukraynada insan alverində ittiham olunub
Kiyev Şəhər Prokurorluğu insan alveri ilə məşğul olmaqda ittiham edilən 33 yaşlı Azərbaycan vətəndaşı barəsində məhkəməyə ittiham aktı göndərib. Bu barədə "İnterfaks" xəbər verib.
Türkiyə Suriyada terrorçuların qazdığı tunelləri ləğv edir
Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin bölgəsinin azad edilmiş ərazilərində PYD və YPG terrorçularının çəkdiyi tunellərin ləğv edilməsinə başlayıb.
"Balıq Nastya" ABŞ-dan siyasi sığınacaq istədi: "Bizdə çox mühüm informasiyalar var..."
Rusiya KİV-lərinin yaydığı son məlumata görə Tailandda saxlanılan eskort qız “Nastya Rıbka” və onun “seks-məşqçisi” Aleksandr Kirillov (“Aleks Lesli”) ABŞ-dan sığınacaq istəyiblər. Xəbər verilir ki, bu qalmaqallı cütlük ABŞ-ın Tailanddakı konsulluğuna məktub yazaraq onlara siyasi sığınacaq verilməsini xahiş edirlər. Məktubda bildirirlər ki, Tailand hakimiyyəti onları Rusiyaya ekstradisiya etmək istəyir, orada isə onları real təhlükə gözləyir.
13 namizədin 12 günü qaldı - MSK
MSK Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkisi ilə əlaqədar 15 nəfərin namizədliyini təsdiqləyib. Bu vaxta qədər yalnız Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyi qeydə alınıb.














