Gündəm

Prezident İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin maaşlarını artırdı

28 Fevral 2018 18:13

Prezident İlham Əliyev Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında  sərəncam imzalayıb.

Özünə qəbir aldı, 150 min ödədi

28 Fevral 2018 18:09

“Yeşilçam” ulduzu Serdar Gökhan özünə qəbir yeri alıb. Aktyor Zincirlikuyuda məzar yeri üçün 150 min lirə (təxminən 75 min manat) ödəyib. Məzar 4 nəfərlikdir. 

Polşada 5 nəfər donvurmadan ölüb

28 Fevral 2018 18:02

Son sutka ərzində anomal soyuqlar Polşada 5 nəfərin ölümünə səbəb olub. Bir gün əvvəl də Polşada 5 nəfər donvurmadan dünyasını dəyişmişdi. Beləcə, son iki sutka ərzində 10 nəfər soyuq hava səbəbindən ölüb. Bu xəbəri hökumətin təhlükəsizlik mərkəzi yayıb. “Son sutka ərzində 5 nəfər havaların kəskin soyuması səbəbindən ölüb”,- deyə məlumatda qeyd edilib.

Rəqsanə Cini təhqir etdi

28 Fevral 2018 17:58

Müğənni Rəqsanə İsmayılova mahnısını oxuyan Cinə inanılmaz sözlər deyib. Məlumata görə, sənətçi verilişlərin birində bildirib ki, Cin onun “Bivəfa” bəstəsini pis günə qoyub: “Durub qırmızı-qırmızı mahnımı oxuyur, adımı çəkmir.

Məmurun qıza yazdığı əxlaqsız mesajlar İFŞA OLUNDU: Aparım dağda ... 

28 Fevral 2018 17:56

Türkiyənin Diyarbəkir Təhsil İdarəsinin müdiri M.Y. (51) 24 yaşlı gənc qadın işçisi C.K.-nı (24) gizli nömrədən göndərdiyi SMS-lərlə təhdid edib. Müdirin qıza "Səni dağa qaldıracağam. Aparım dağda ..." kimi ifadələrlə əxlaqsız təkliflər etdiyi məlum olub.  

DİM imtahanlarda iştirakın qiyməti ilə bağlı Tarif Şurasına müraciət edəcək

28 Fevral 2018 17:53

“İmtahanlara sərf olunan maliyyə vəsaiti və digər məsələlər tərəfimizdən əsaslandırılaraq təkliflər hazırlanacaq”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, yeni təkliflər gələn il Tarif Şurasına təqdim ediləcək.

Qaşsız, kirpiksiz qadın makiyajla inanılmaz dərəcədə dəyişdi - VİDEO

28 Fevral 2018 17:45

Sosial şəbəkələrdə maraqlı video yayılıb. Qaş və kirpiksiz qadın makiyaj etdirdikdən sonra inanılmaz dərəcədə dəyişib.

Kseniya Sobçak canlı yayımda Jirinovskiyə su atıb

28 Fevral 2018 17:43

Rusiyada prezident seçkiləri ərəfəsində davam edən kampaniya zamanı qalmaqal qeydə alınıb. Məlumata görə, “Rossiya 1” telekanalında debatlar zamanı Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak başqa namizəd Vladimir Jirinovskinin üzərinə su atıb.

İngiltərə Futbol Assosasiyası Traorenin cəzasını ləğv edib

28 Fevral 2018 17:41

İngiltərə Futbol Assosasiyası (FA) "Midelsbro"nun yarımmüdafiəçisi Adama Traoreinin cəzasının ləğv edib.  22 yaşlı havbvek Championship`in 34-cü turunda "Sanderlend"ə qarşı matçda (3:3) rəqib futbolçu Ovyedonun üzünə zərbə vurmuşdu. Bu səbəbdən qırmızı vərəqə alan Traore federasiya tərəfindən də 4 oyunluq diskvalifikasiya ilə cəzalandırılmışdı.

İslam ölkəsində GÖZLƏNİLMƏZ YENİLİK

28 Fevral 2018 17:38

Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ölkəsinin radikal imicini dəyişmək üçün daha bir yeniliyə imza atıb. Şahzadə Ər-Riyadda ilk dəfə qadınların kişilərlə birlikdə olduğu caz festivalı təşkil edib və onlarla birgə musiqi dinləyərək əylənib.

Güclü qar Çində nəqliyyat sistemini iflic etdi

28 Fevral 2018 17:36

Çinin şimalında güclü qarın yağması nəqliyyat sistemini iflic edib.  Məlumata görə, yerli vaxtla saat 17:30-dan (Bakı vaxtı ilə 13:30) sonra bütün avtomobil yolları bağlanıb. Həmçinin Çançun şəhərinin hava limanı da bağlanıb.

Məleykə Abbaszadə: "Dövlət qulluğunun müsahibə mərhələsinə qeyri-ciddi yanaşılır"

28 Fevral 2018 17:34

“Dövlət qulluğuna qəbulla bağlı test imtahanından sonra təşkil edilən müsahibələrlə bağlı qanunvericiliyə bəzi dəyişikliklər ediləcək”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Martın 4-də 36846 nəfər 9-cu sinif şagirdi buraxılış imtahanı verəcək

28 Fevral 2018 17:33

Martın 4-də respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək. DİM-in mətbuat xidmətindən verilən məlumata görə, həmin gün ümumilikdə 36846 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

MTN-in sabiq şöbə rəisinin cəzası 12 ildən 5 ilə endirilib

28 Fevral 2018 17:30

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata görə, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, şikayət qismən təmin olunub. Onun cəzası 5 ilə endirilib.

DİM sədri: “Prezident seçkiləri ilə əlaqədar imtahanların tarixində dəyişiklik edilməyəcək”

28 Fevral 2018 17:29

“Prezident seçkilərinə görə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlar təxirə salınmayacaq və onların vaxtı dəyişdirilməyəcək”. Bu sözləri  Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.