Gündəm

"Sarışın idim, əqrəb sancdı, rəngim dəyişdi"

28 Fevral 2018 19:00

Radio verilişlərindən birinə qonaq olan müğənni İntizar açıqlamaları ilə gündəm olub.  43 yaşlı ifaçı balacalıqdan sarışın və göy göz olduğunu, ancaq əqrəb sancmasından sonra rənginin dəyişdiyini deyib: “Uşaq ikən sarışın və yaşıl gözlü idim. Birinci sinifdə əqrəb sancdı. Aylarla müalicə olundum.

"Gəlməmişəm ki, şəxsi həyatımdan danışım" - Gülay əsəbiləşdi

28 Fevral 2018 18:55

Müğənni Gülay Zeynallı son vaxtlar verilişlərə getməməsinin səbəbini açıqlayıb. Məlumata görə, “Evimin qonaqları” verilişinə gələn sənətçi bildirib ki, qalmaqaldan qaçır: “Verilişlərimiz ancaq qalmaqal istəyir. Adam əziyyətlə, dişi-dırnağı ilə bu səviyyəyə gəlib çıxıb.

Kariesin yaranma səbəbi...

28 Fevral 2018 18:50

Karies - dünyada ən çox yayılan xəstəliklərdən sayılır. Əhalinin 99% -i bu xəstəlik haqda məlumatlıdır. Bu günə qədər alimlər kariesin yaranma mexanizminin 400 -ə yaxın teoriyasını araşdırmışlar.

Donuz qripi haqqında bilmədiyimiz ŞOK faktlar!

28 Fevral 2018 18:45

Rus virusoloqu, ali dərəcəli həkim Serqey Qarusov "Komsomolskaya pravda" qəzetinə donuz qripinin simptomları və fəsadları, donuz qripindən qorunma yolları və s. haqqında geniş müsahibə verib. Bu müsahibədən bəzi vacib məlumatları sizə təqdim edir

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

28 Fevral 2018 18:44

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib. Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

“Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi Azərbaycan dilinin inkişafına həsr olunub

28 Fevral 2018 18:43

AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının sayca 77-ci məşğələsi Azərbaycan dilinin inkişafına həsr olunub.

Süni intellektlə təchiz edilmiş videokamera artıq satışa çıxarılıb

28 Fevral 2018 18:40

“Google” şirkəti geyimdə bəzək qismində daşınıla bilən “Clips” adlı yığcam kameranın satışına start verib. Sözügedən cihazın əsas özəlliyi avtomatik çəkiliş funksiyasına malik olmasıdır: cihaz komanda verilmədən şəkillər çəkə bilir, yaxud kadr üçün maraqlı görüntü olan kimi özü videoçəkilişə başlayır.

Bölgədən bölgəyə keyfiyyətli mobil internet şəbəkəsi ilə növbəti hədəflərə doğru

28 Fevral 2018 18:38

Azercell Telekom MMC Azərbaycan rabitə bazarının lider mobil operatoru olaraq  ölkədə fəaliyyətini uğurla davam etdirir. Bu barədə şirkətin 2017-ci ilin nəticələrinə dair mətbuat üçün illik hesabatında ətraflı məlumat təqdim olundu. Azərbaycanın mobil rabitə sektorunda 48.2% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in mobil xidmətlərinə üstünlük verir.

Ayda mobil rabitə şəbəkəsi yaratmaq planlaşdırılır

28 Fevral 2018 18:35

Dünyada ən böyük mobil rabitə operatorlarından biri olan “Vodafone” şirkəti 2019-cu ildə Ayda “4G” mobil rabitə şəbəkəsi yaratmağı planlaşdırır.

Gəncədə qorxunc dəstənin 3 üzvü də tutuldu - Biri qadındır

28 Fevral 2018 18:31

Gəncə şəhərində soyğunçuluq, quldurluq və oğurluq cinayətləri törədən mütəşəkkil dəstənin daha bir neçə üzvü müəyyən edilib. Həbs edilmiş Elxan Yaqubov və Adil Nuriyevin ətrafında istintaq hərəkətləri davam etdirilib.

Tarixdə ilk “5G” zəngi edilib

28 Fevral 2018 18:30

Çinin “Huawei” telekommunikasiya avadanlığı istehsalçısı və “Vodafone” mobil operatoru avtonom olmayan “Non Stand-Alone [NSA] 3GPP 5G NR” (“yeni radio”) arxitekturası standartı əsasında beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) tarixdə ilk zəngi həyata keçiriblər.   

Beyləqanda 3 otaqlı ev yanıb

28 Fevral 2018 18:24

Beyləqan rayonu, Şərq kəndində ümumi sahəsi 75 m2 olan birmərtəbəli 3 otaqlı evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə evin yanar konstruksiyaları və ev əşyaları 50 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Sex içərisindəki avtomobillə birgə yanıb

28 Fevral 2018 18:23

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 50 m2 olan rəngləmə sexinin yanar konstruksiyaları və içərisində olan "OPEL" markalı avtomobilin yanar hissələri yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, bitişik sexlər və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Dünyada milyarderlərin sayı artıb - Çin I yerdə

28 Fevral 2018 18:20

2017-ci ildə dünyada milyarderlərin sayı 437 nəfər artaraq 2 694 nəfərə çatıb. Məlumata görə, bu barədə “Hujun” tədqiqat institutunun hesabatında deyilir. Hesabata əsasən, dünyanın ən varlı şəxsi “Amazon” şirkətinin təsisçisi və rəhbəri Ceff Bezos olub. Onun varidatı 123 milyard dollar həcmində dəyərləndirilir. İkinci və üçüncü yerlərdə ABŞ-lı sahibkar Uorren Baffet (102 milyard dollar) və “Microsoft” şirkətinin təsisçisi Bill Geyts (90 milyard dollar) qərarlaşıb.

Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatların işçilərinin maaşlarını artırıb

28 Fevral 2018 18:18

Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.